26 C
Baku
Saturday, July 27, 2024

Noyabrın ilk üç hərracı öncəkindən 5.6% daha “aktiv” görünür

10 noyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hərracda tələb $62.7 milyon təşkil etmiş və tam təmin edilmişdir. Bununla da noyabr ayının 3 hərracında satılan valyutanın həcminin $188.1 milyona çatması deməkdir.

Bir faktı da qeyd edək ki, öncəki ayın ilk üç hərracında $177.6 milyon həcmində valyuta satılmışdı. Yəni, noyabrdakı hərraclarda öncəki ayla müqayisədə 5.6% daha çox xarici valyuta satılması deməkdir.

Bu günkü hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Son xəbərlər
Digər xəbərlər