10 C
Baku
Saturday, March 2, 2024

Nüfuzlu bank analitikləri neftin $80 qədər bahalaşacağını proqnoz edir

BANKER.AZ – Nüfuzlu investisiya bankı – “JP Morgan” analitikləri neftin 2017-ci ildən bəri ilk dəfə kəsirə düşdüyü üçün 60$/barrel səviyyəsini qıra bilər.

Bank analitikləri COVID-19 infeksiyasına qarşı peyvəndlərlə əlaqəli neft tələbindəki artım kəskin olacaq, lakin istehlakın 2019 il səviyyəsinə ən tez 2022-ci ilin ilk yarısında çatmasını ehtimal edirlər.

Neft bazarındakı kəsir fevral ayından etibarən müşahidə edilə bilər. Car ilin sonuna qədər isə kəsir özünü nəzərəçarpacaq dərəcədə hiss etdirəcək. Bununla da neftə olan tələbin qarşılanmasında yaranan çətinliklər və OPEC ölkələrinin bazara müdaxiləsi səbəbindən xam məhsulun hər barelinin $80 dollara qədər qiymət qazandıracaq.

Bank ehtiyatların azalması və tələbin bərpa olunması səbəbindən cari ilin ikinci və üçüncü kvartalında tələb və təklif arasında “kəskin bir uçurumun” ortaya çıxacağı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrindəki neft ehtiyatlarının avqust ayına qədər normallaşacağını gözləyir.

Xatırladaq ki, OPEC-in son hesabatında Azərbaycanın 2021-ci il üzrə 730 min barel-günlük neft ixrac edəcəyini proqnoz edir.

Son xəbərlər
Digər xəbərlər