6 C
Baku
Thursday, February 22, 2024

Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına dəstəyin dayandırılmasına dair qətnamə qəbul edib

ABŞ-ın Nümayəndələr Palatası Yəməndə “Ənsar Allah” (husilər) üsyançı qruplaşmasına qarşı müharibə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya göstərilən yardımı dayandırmağı nəzərdə tutan qətnaməni təsdiq edib. Bu barədə çərşənbə günü “The Hill” qəzeti yazıb.

Nəşr qeyd edir ki, qətnaməni 248 qanunverici təsdiq edib, eyni zamanda 177-si onun əleyhinə çıxıb. Senatın da bu qətnaməni təsdiq edəcəyi gözlənilir. Daha sonra prezident Donald Trampın müvafiq fərmanı imzalamaq üçün 30 gün vaxtı olacaq.

Vaşinqton Yəməndə Səudiyyə Ərəbistanı koalisiyasına logistika yardımı göstərir. ABŞ həmçinin kəşfiyyat məlumatları mübadiləsini və koalisiyaya silah tədarükünü həyata keçirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər