28 C
Baku
Saturday, July 27, 2024

Nümayəndəliyin baş ofisə köçürdüyü məbləğdən ödəmə mənbəyində vergi tutulurmu?

Güzəştli vergi tutulan ölkədə qeydiyyatdan keçmiş hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən əldə etdiyi gəlirlərdən bütün xərclər və vergilər çıxıldıqdan sonra qalan xalis mənfəət baş ofisə köçürülür. Nümayəndəlik tərəfindən güzəştli vergi tutulan ölkədə təsis olunmuş baş ofisə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10 faiz ödəmə mənbəyində vergi tutulmalıdırmı?

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə) güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən həmin ödənişlər bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.

Qeyd olunanlara əsasən, həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutma öhdəliyi yaranmır. Bununla yanaşı, Vergi Məcəlləsinin 126-cı maddəsinə görə, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq, daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.14-1-ci, 125-1-ci və 126-cı maddələri.

Son xəbərlər
Digər xəbərlər