Əlverişsiz hava şəraiti ilə əlaqədar Nur-Sultan aeroportunda 14 uçuş təxirə salınıb, 11 uçuş ləğv olunub.
Bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.
Təxirə salınan uçuşlardan 4-ü beynəlxalq istiqamətlərə – Urumçi, Daşkənd və Novosibirskə uçuşlardır.
Qazaxıstanda əlverişsiz hava şəraitinin davam etməsi ilə bağlı bir neçə gün ərzində də Nur-Sultan aeroportunda planlaşdırılan təyyarə reyslərinin ləğvi və təxirə salınması gözlənilir.