2 C
Baku
Saturday, December 14, 2024

Nüsrət İbrahimov: “Ötən ay Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb”

Bu ilin iyul ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər iyun ayına nisbətən 2.74 % artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.52 % azalıb.

Bu barədə “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

N.İbrahimov ötən ay bazarda seqmentlər üzrə qiymətlərin necə dəyişdiyi barədə məlumat verib:

“Təkrar mənzil bazarında qiymətlərdə ay ərzində 1.77 %, il ərzində 5.4 % azalma, ilkin mənzil bazarında ay ərzində 5.35 % azalma, il ərzində 8.64 % artım qeydə alınıb. Fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 3.85 % artıb, il ərzində 2.72 % azalıb. Kommersiya obyektləri bazarı üzrə qiymətlərdə ay ərzində 2.41 %, il ərzində 1.82 % artım, torpaq bazarı üzrə ay ərzində 12.6 %, il ərzində 1.16 % artım müşahidə edilib”.

Onun sözlərinə görə, mənzillərin kirayəsi bazarında iyul ayı ərzində 3.65 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.23 % ucuzlaşma olub: “Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında ay ərzində 8.74 %, il ərzində 6.55 % bahalaşma yaşanıb. Kommersiya obyektlərinin kirayəsi bazarında qiymətlər ay ərzində 1.17 %, il ərzində 1.66 % azalıb. Tikinti materialları bazarında isə qiymətlərin ay ərzində 0.02 %, il ərzində 15.37 % artımı qeydə alınıb.

“Yay ayları olduğu üçün ötən ay da daşınmaz əmlak bazarında alıcılıq qabiliyyəti aşağı olub. Yaz ayları ilə müqayisədə alıcılıq qabiliyyəti təqribən 25-25 % azalıb. Bazarda əsas aktivlik payız aylarında olur. Qarşıdan gələn payız aylarında yəqin ki, bazarda aktivlik bərpa olunacaq”, – deyə N.İbrahimov bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər