9 C
Baku
Wednesday, December 11, 2024

“Nvidia” ABŞ-ın üçüncü ən dəyərli şirkəti olub

“Nvidia” 1.83 trilyon dollar kapitallaşma ilə “Google”un ana şirkəti “Alphabet”i geridə qoyaraq ABŞ-ın üçüncü ən dəyərli şirkəti olub, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Süni intellekt texnologiyalarının inkişafı ilə bağlı çiplərə tələbat sayəsində “Nvidia” səhmləri son 12 ayda 231% bahalaşaraq rekord səviyyəyə çatmışdır. Müqayisə üçün qeyd edək ki, “Alphabet”in bazar kapitallaşması hazırda 1.82 trilyon dollar dəyərində qiymətləndirilir. Bu həftənin əvvəlində “Nvidia” dəyər baxımından “Amazon”u geridə qoyub.

Yanvar ayında “Nvidia” səhmləri şirkətin süni intellektə malik qrafik kartlarını buraxdığını elan etdikdən sonra rekord həddə yüksəlib. Fevralın 14-də “Nasdaq” birjasında keçirilən ticarətdə “Nvidia” səhmləri 0.82% bahalaşaraq bir səhm üçün 727.19 dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər