21 C
Baku
Thursday, April 25, 2024

“Nvidia” qeymerlər və maynerlər sayəsində rekord $5 mlrd. qazandı

Videokart istehsalçısı “Nvidia”nın 2020-ci ilin dördüncü rübündə gəliri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 61% artaraq rekord 5 milyard dollara çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, bu nəticə kriptovalyutaların mayninqi, o cümlədən oyun videokartlarına tələbatın yüksəlməsi ilə əlaqəli olub.

Bildirildiyi kimi, 2020-ci ilin son üç ayında “Nvidia”nın xalis mənfəəti 1.457 milyard dollar və ya səhm başına 2.31 dollar təşkil edib. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 950 milyon dollar və ya səhm başına 1.53 dollar olub.

Demək olar ki, bütün seqmentlərdə gəlir səviyyəsi böyüyüb. Məsələn, oyun seqmenti 67% və ya 2.5 milyard dollar, data-mərkəzlərinin realizəsi isə 1.9 milyard dollar artıb.

Şirkətdən verilən məlumata görə, qeymerlər arasında ən çox GeForce RTX 30 videokartlarına tələbat olub. Bu kart daha real qrafika, yüksək FPS və süni zəka texnologiyalarının dəstəkləməsini təmin edib.

Kriptovalyutanın mayninqi “Nvidia”ya 2020-ci ilin sonunda 100-300 milyon dollar gəlir gətirib. Şirkət videokartların istifadəsini izləmədiyi üçün dəqiq məlumatlar təqdim edə bilməyib. Xatırladaq ki, dekabr ayında bitkoinin kəskin bahalaşması ilə mayenrlərin fəallığının artması, habelə videokartların çatışmazlığı müşahidə edilib. “Nvidia” bu problemin də öhdəsindən gəlməyi bacarıb: fevral ayında şirkət “mayninq üçün xüsusi videokart” (Cryptocurrency Mining Processor) buraxdığını açıqlayıb. Bununla yanaşı, istehsalçı GeForce RTX 3060 oyun videkartını istehsal edəcəyini bildirib.

Xatırladaq ki, daha əvvəl “Nvidia”nın Böyük Britaniyanın “ARM” prosessor istehsalçısını almışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər