ABŞ prezidenti Co Bayden güclü qar yağması səbəbindən Nyu-York ştatında fövqəladə vəziyyət elan edib.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısı şiddətli tufan və qar fırtınasının nəticələrinin aradan qaldırılması üçün ştat və yerli hakimiyyət orqanlarının səylərinə əlavə olaraq federal yardımın göstərilməsinə göstəriş verib.