5 C
Baku
Sunday, February 25, 2024

Ödəniş kartlarını fırıldaqçılardan qorumağın 5 üsulu

Internetdə əməliyyatların aparılması üçün kartın özü heç lazım deyil –aşağıda göstərilən informasiyaları bilmək kifayət edir.

  • nömrə (16 rəqəmli şifrə)
  • verildiyi müddət (ay və il)
  • sahibinin soyad və adı
  • CVV2/CVC2-kod

Kart öz sahibinin pul qabında da ola bilər və o heç şübhələnməyə bilər ki, onun hesabından pullar yoxa çıxır. Xüsusən də, cinayətkarlar müntəzəm olaraq, gözə çarpmayan məbləğlər çıxarırlarsa.

Kartda göstərilmiş informasiya çox asanlıqla oxuna bilər. Hansı isə vicdansız ofisiant hesablaşmanı həyata keçirmək üçün aldığı kartın şəklini çəkə bilər –bu bir saniyəlik işdir. Yeri gəlmişkən, bir sıra kafe və restoranlarda kartın başqa əllərə düşməsinin qarşısını almaq üçün ödəniş terminalını birbaşa müştəriyə gətirirlər.

Supermarketlərdə kassirin iş yerini müşahidə edən videokameraların detalları qeydə alma imkanları o qədər güclüdür ki, kartdakı informasiyanı oxumaq üçün kifayət edir. Kassir xəlvətcə kartı bir tərəfi ilə alıb, başqa bir tərəfi ilə geri qaytara bilər. Saniyələr kifayət edər ki, keyfiyyətli təsvir əldə olunsun.

Supermarketlərin videoarxivinə giriş əldə etmək o qədər asandır ki, bundan danışmağa dəyməz. Videodan kart məlumatlarının oxunması üçün xüsusi “parsing” proqramlardan istifadə olunur. Bu proqramları internetdən pulsuz olaraq yükləmək olar.

Əgər fırıldaqçılıq faktı aşkarlanıbsa, onda bu andan etibarən bankla mürəkkəb və maraqlı oyuna start verilir. Sübut etməlisiniz ki, alış-verişi nə siz şəxsən, nə də sizin uşağınız həyata keçirməyib. Bu oyun bəzən uzana da bilir, psixoloji dözümlülüyü və əlavə təzyiqləri idarə edə bilmək bacarığınızı yoxlamağın tam vaxtıdır.

Hələ heç məlum deyil ki, sonda pullarınız geri qaytarılacaq. Çox ehtimal ki, siz fırıldaqçı kimi olmasa da, başına problemlər açan bir müştəri kimi bankların qara siyahısına daxil olacaqsınız. Əsəbləriniz ilə yanaşı, kredit tarixiniz də korlanacaq.

Özünüzü təhlükədən qorumağın yolları

Fırıldaqçılığın qurbanı olmamaq üçün sadə, amma effektiv qaydalara riayət etmək lazımdır:

1. Əgər internetdən ödənişləri həyata keçirmək üçün bank kartlarından istifadə edirsinizsə, onda ikinci kart da əldə edin. Həmin kartda potensial riskli əməliyyatları həyata keçirmək üçün lazım olacaq minimal məbləğ saxlayın. İnternetdən hesablaşmaların həyata keçirilməsi üçün əsas kartlardan istifadə etməyin, əsas kartlara misal kimi əməkhaqqının keçirildiyi kartları göstərmək olar.

2. “SMS-bankinq”ə qoşulun – bu həm rahatdır, həm də ucuz. Onun köməyi ilə kartda olan pul vəsaitlərinin hərəkətinə nəzarət etmək mümkündür. Faktiki olaraq, internet vasitəsilə ödənişlərin həyata keçirilməsi zamanı “SMS-bankinq”in olması zəruridir.

3.Heç olmasa ayda bir dəfə kartda olan pul vəsaitlərini yoxlayın. O intizam yardır və icazə verilməmiş tranzaksiyaları aşkar etməyə kömək edir.

4. CVV2-kodu yazın və ya şəklini çəkin daha sonra isə markerlə rəngləyin. Problemin sadə həlli kart informasiyasının alçaq insanların əlinə düşməkdən qoruyacaq.

5. Terminalda Pin-kodu daxil edərkən ətrafdakılardan və müşahidə kameralarından gizlətmək üçün klaviaturanı əliniz ilə ötrün. Eynilə bankomatlardan pul çıxardıqda bu cür edin.

Son xəbərlər
Digər xəbərlər