Müəllif: İqor Aleksandroviç Blank, iqtisad elmlərid oktoru, Kiyev Ticarət-iqtisad universitetinin Sahibkarlıq iqtisadiyyatı kafedrasının professoru
Pul vəsaitlərinin daxil olması və sərf edilməsinin aylara bölünməklə qarşıdan gələn il üçün tşlənib hazırlanmış planı müəssisənin pul axınlarının idarə edilməsinin yalnız ümumi əsasını verir. Bununla belə, bu axınların yüksək dinamizmi, onların çoxsaylı, qısamüddətli təsir amillərindən asılılığı müəssisənin pul vəsaitlərinin daxil olması və sərf edilməsinin gündəlik idarə edilməsini təmin edən plan maliyyə sənədinin işlənib hazırlanmasının zəruriliyini müəyyən edir. Beləliklə, plan sənədi kimi ödəmə təqvimi çıxış edir.
«Ödəmə təqvimi» termini bir sıra analoqlara malikdir – «kassa büdcəsi», «pul vəsaitlərinin daxil olması və xərclənməsinin cari büdcəsi» və s. Bu terminlərdən hər birinin, əgər həmin sənədin məzmunu bütövlükdə müəssisə və ya onun ayrı-ayrı mərkəzləri üzrə operativ, bir ay çərçivəsində pul vəsaitlərinin tərtib edilmiş planıdırsa, mövcud olma haqqı vardır. Bununla belə, nəzərə almaq lazımdır ki, pul axınlarının operativ planları – bu, hər şeydən əvvəl, bir ay çərçivəsində müəyyən edilmiş ödəmələrin həcmləri və müddətləridir, ona görə də, bu məqsədlə daha çox «ödəmə təqvimi» terminindən istifadəyə üstünlük verilir.
Müəssisədə müxtəlif variantlarda işlənib hazırlanmış ödəmə təqvimi onun pul axınlarının operativ idarə edilməsinin ən səmərəli və etibarlı vasitəsidir. O, aşağıdakı əsas vəzifələri həll etməyə imkan verir:
* pul vəsaitlərinin daxil olması və sərf edilməsi planının proqnoz variantlarını («optimist», «real», «pessimist») müəssisənin bir ay çərçivəsində pul axınlarının formalaşması üzrə real tapşırığa gətirmək;
* maksimum imkan daxilində müsbət və mənfi pul axınlarını sinxronlaşdırmaq, bununla da müəssisənin pul dövriyyəsinin səmərəliliyini yüksəltmək;
* müəssisənin ödəmələrinin prioritetliyini onun maliyyə fəaliyyətinin son nəticələrinə təsiri meyarı üzrə təmin etmək;
* maksimum dərəcədə müəssisənin pul axınının zəruri mütləq likvidliyini, yəni qısamüddətli dövr çərçivəsində onun alıcılıq qabiliyyətini təmin etmək;
* pul axınlarının idarə edilməsini müəssisənin maliyyə fəaliyyətinin operativ kontrollinqi (müvafiq olaraq cari monitorinqini də) sisteminə daxil etmək.
Ödəmə təqviminin (bütün variantlarda) hazırlanmasının əsas məqsədi pul vəsaitlərinin daxil olmasının və müəssisənin ödəmələrinin konkret müddətlərinin müəyyən edilməsi, onların plan tapşırıqları formasında konkret icraçılara çatdırılmasıdır. Bu məqsəd nəzərə alınmaqla, ödəmə təqvimini bəzən «ödəmələrin dəqiq tarixi planı» kimi müəyyən edirlər.
Müəssisənin pul vəsaitlərinin planlaşdırılması prosesində istifadə olunan ödəmə təqviminin ən çox yayılmış forması onun iki bölmə kəsiyində qurulmasıdır:
1. qarşıda duran ödəmələr qrafiki;
2. pul vəsaitlərinin qarşıdakı daxilolmalarının qrafiki.
Lakin, əgər pul axınının planlaşdırılan növü birtərəfli xarakter daşıyırsa (yalnız müsbət və ya mənfi), ödəmə təqvimi bir müvafiq bölmə formasında işlənib hazırlanır. Ödəmələrin müvəqqəti qrafiki ödəmə təqvimində adətən gündəlik kəsikdə differensiasiya olunur, halbuki bu plan sənədinin ayrı-ayrı növləri başqa dövriliyə də – həftəlik və ya ongünlük (əgər bu dövrilik müəssisənin pul dövriyyəsinin həyata keçirilməsinin gedişinə böyük təsir göstərmirsə və ya ödəmələrin müddətlərinin qeyri-müəyyənliyindən doğmuşdursa) malik ola bilər.
Ödəmə təqviminin növləri müəssisə çərçivəsində təsərrüfat fəaliyyətinin ayrı-ayrı növləri kəsiyində, həmçinin məsuliyyət mərkəzlərinin müxtəlif tipləri kəsiyində (struktur vahidləri və yarımbölmələri) differensiasiya olunur. Bu əlamətlər üzrə müəssisənin ödəmə təqviminin differensiasiya olunan aşağıdakı növlərini ayırmaq olar:
1. Müəssisənin əməliyyat fəaliyyəti üzrə pul axınlarının operativ idarə edilməsi sistemində ödəmə təqviminin əsas növləri aşağıdakılardır:
* Vergi ödəmə təqvimi. Bu plan sənədi bütövlükdə müəssisə üzrə hazırlanır və adətən yalnız bir – «vergi ödəmələri qrafiki» bölməsinə malik olur (vergi hesablamaları üzrə qaytarılan ödəmələr adətən debitor borclarının inkassasiyası təqviminə daxil edilir). Bu ödəmə təqviminin tərkibində bütün vergi növlərinin, yığımların və müəssisə tərəfindən bütün səviyyələrdə olan büdcələrə və büdcədənkənar fondlara köçürülən digər vergi ödəmələrinin məbləğləri əks olunur. Ödəmənin təqvim tarixi, bir qayda olaraq, hər növ vergi ödəmələrinin köçürülməsinin müəyyən edildiyi müddətin son günü seçilir.
* Debitor borcunun inkassasiyası təqvimi. Ödəmə təqviminin bu növü adətən bütövlükdə müəssisə üzrə (əgər ixtisaslaşmış yarımbölmə – kredit şöbəsi varsa, onda bu şöbə məsuliyyəti üzrə yalnız bu mərkəzin ödəmələr qrupunu əhatə edir) hazırlanır. Ödəmələr cari debitor borcları üzrə kontragentlərlə müvafiq müqavilələrlə nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə təqvimə daxil edilir. Vaxtı keçmiş debitor borcu üzrə bu ödəmələr həmin plan sənədinə tərəflərin qabaqcadan razılaşması əsasında daxil edilir. Debitor borcunun inkassasiyası təqvimi yalnız bir bölmədən – «pul vəsaitlərinin daxil olması qrafiki»ndən ibarətdir. Müəssisənin real pul dövriyyəsinin əks etdirilməsi məqsədi ilə pul vəsaitlərinin daxil olması tarixi kimi onların müəssisənin hesablama hesabına daxil olduğu gün hesab edilir (bu, debitorlarla hesablamalar zamanı flout dövrünü istisna etməyə imkan verir)
* Maliyyə kreditlərinin xidmət təqvimi. Pul axınlarının hesabatlarının və proqnozlarının tərtib edilməsinin qüvvədə olan beynəlalq təcrübəsinə müvafiq olaraq maliyyə kreditlərinə xidmət müəssisənin əməliyyat fəaliyyətinin (maliyyə yox) tərkibində əks olunur. Bu onunla bağlıdır ki, müəssisənin maliyyə kreditinə xidmət üzrə kredit, lizinq faizləri və başqa xərcləri üçün faizlər məhsulun maya dəyərinə daxil olub müvafiq olaraq əməliyyat mənfəətinin ölçüsünün formalaşmasına təsir edir. Bu təqvim müəssisə üzrə bütövlükdə işlənib hazırlanır və yalnız bir bölmədən – «maliyyə kreditinin xidməti ilə bağlı ödəmələrin qrafiki»ndən ibarətdir. Ödəmələrin məbləğləri və tarixləri ödəmə təqviminə kredit (lizinq) müqavilələrinin şərtlərinə müvafiq olaraq daxil edilir.
* Əmək haqqının ödəmə təqvimi. Əmək haqqının ödəmə təqvimi, adətən əmək haqqının çoxpilləli ödəmə qrafikindən istifadə edən müəssisələrdə müxtəlif struktur vahidlərinin işçilərinə (filial, sex və sair) hazırlanır. Belə ödəmələrin tarixi kollektiv əmək müqaviləsi yaxud fərdi əmək müqavilələri əsasında təyin olunur, ödəmə məbləğı isə ştat cədvəlindən və hesablanmış müvafiq smeta xərclərindən müəyyən olunur. Göstərilən ödəmə təqvimi adətən bir hissədən– “əmək haqqının ödəmə qrafiki”ndən ibarət olur”.
* İstehsalat ehtiyatlarının formalaşdırılması təqvimi (büdcəsi), adətən müvafiq məsrəf mərkəzləri üçün hazırlanır (istehsalatın maddi– texniki təminatını yerinə yetirən struktur bölmələri üçün nəzərdə tutulur). Bu ödəmələrin təqviminin tərkibinə, adətən alınan xammalın, materialların, yarımfabrikatların, komplektləşdirici məmulatların, eləcə də daşıma zamanı ödənilən nəqliyyat və sığorta xərcləri daxildir. Formalaşdırılmış istehsalat ehtiyatları, xüsusi saxlama üsulu tələb etdikdə (soyuducu, qazlı mühit və sair), bu zaman ödəmələr təqvimi saxlama xərclərini özünə daxil edə bilər. Göstərilən təqvimin tərkibi yalnız bir hissədən ibarətdir – “istehsalat ehtiyatlarının formalaşdırılması ilə əlaqədar ödəmələr təqvimi”. Bu ödəmələrin məbləği və tarixləri, kontragentlərlə və yaxud mal – material sərvətlərinin alınması planı ilə əlaqədar təyin olunur. Adətən bu ödəmələrin tərkibində müəssisənin mal verənlərlə hesablaşmalarda olan kreditor borcları öz əksini tapır.
* İdarəetmə xərclərinin təqvimi (büdcəsi). Bu büdcənin tərkibində dövriyyədənkənar aktivlərin tərkibinə daxil olmayan dəftərxana ləvazimat; kompüter proqramları və texniki təchizat vasitələrinin alınmasının ödəmələri; ezamiyyət xərcləri, poçt – kommunukasiya xərcləri və müəssisənin idarə olunması ilə bağlı digər xərclər daxildir (əmək haqqi təqvimində göstərilən, inzibati idarə etmə personalının əmək haqqi xərclərindən başqa xərclər). Göstərilən təqvimin tərkibi ancaq bir hissədən ibarətdir – “ümumtəsərrüfat idarəetmə xərclərinin təqvimi”. Bu ödəmələrin miqdarının təqvimi müvafiq smeta əsasında yerinə yetirilir, ödəmə tarixilərinin yerinə yetirilməsi müvafiq idarəetmə xidmətləri ilə razılaşdırılır.
* Məhsulun satış təqvimi (büdcəsi). Adətən bu ödəmə təqviminin forması müəssisənin gəlirlər mərkəzləri və mənfəət mərkəzləri kəsiyində hazırlanır. Göstərilən ödəmə təqvimi iki hissədən ibarətdir – “satılmış məhsulun ödəmələrinin daxil olma təqvimi” və “məhsulun satılmasını təmin edən xərcləri təqvimi”. Birinci hissədə məhsulun satışına nağd hesablaşmalarla pul vahidlərinin daxil olması göstərilir (əgər göstərilən məsuliyyət mərkəzi alıcılarla hesablaşmaların debitor borclarının inkassasiyasını nəzarət edirsə, bu halda, birinci hissədə pul vahidlərinin daxil olmasının bu növü də əks olunur). İkinci hissədə marketinq xərcləri, satış mərkəzlərinin saxlanması, reklam və sair göstərilir.
2. Müəssisənin investisiya fəaliyyətində pul axınlarının operativ idarə olunmasının ödəmə təqviminin əsas növləri aşağıda göstərilmişdir:
* Uzunmüddətli maliyyə investisiyaları portfelinin formalaşdırılması təqvimi (büdcəsi). Bu növ operativ plan sənədi iki hissədən ibarətdir – “müxtəlif uzunmüddətli maliyyə investisiya vasitələrinin alınması xərcləri təqvimi” (səhmlər, uzunmüddətli istiqrazlar və sair) və “dividendlərin və faizlərin, müxtəlif uzunmüddətli maliyyə investisiya vasitələri portfelindən daxil olma qrafiki”. Birinci hissənin göstəriciləri ümumi xərclər smetası çərçivəsində, müvafiq investisiya menecerləri ilə razılaşdırılaraq təyin olunur, ikinci hissənin göstəriciləri isə – ayrı-ayrı maliyyə vəsitələri portfelinin emissiya şərtlərinə müvafiq təyin olunur.
* Real investisiyaların həyata keçirilməsi proqramı təqvimi (əsaslı büdcə) ayrılıqda hazırlanmış böyük miqyaslı investisiya layihələri nəzərdə tutulmadıqda, ümumi müəssisə üçün tərtib edilir. Bu növ operativ maliyyə planının tərkibində iki bölmənin göstəriciləri mövcuddur – “əsaslı xərclər təqvimi” (əsas vəsaitlərin alınması və qeyri maddi aktivlərin xərcləri) və “investisiya vəsaitlərinin daxili təqvimi” (onların mənbələr kəsiyində).
* Ayrı-ayrı investisiya proqramlarının həyata keçirilməsi təqvimi (əsaslı büdcə) adətən müəssisənin müvafiq məsuliyyət mərkəzləri kəsiyində tərtib olunur (investisiya mərkəzləri). Onun strukturu əvvəlki təqvim növünə oxşardır, yəni pul vəsaitlərinin axını bir investisiya proyekti çərçivəsində mədudlaşdırılır.
3. Pul vəsaitlərinin maliyyə fəaliyyəti üzrə müəssisənin operativ idarəetmə sistemində aşağıda göstərilən ödəmə təqvimi tərtib oluna bilər:
* Səhmlərin emisiyası təqvimi (büdcə). Bu növ ödəmə təqviminın iki müxtəlif variantı müvcuudur – əgər o səhmlərin ilkin fond bazarında satışından əvvəl hazırlanirsa, bu halda yalnız bir hissədən ibarət olur: “səhmlərin emissiyasına hazırlanmış ödəmə təqvimi”; digər halda, səhmlərin satışı yerinə yetirilən dövrü hazırlanırsa, onun tərkibində iki hissənin göstəriciləri öz əksini tapır: “səhmlərin emissiyasından daxil olan pul vəsaitləri təqvimi” və “səhmlərin satışını təmin edən odəmələr təqvimi” (investisiya brokerlərinə komisyon mükafatlandırma, informasiya xərcləri və sair).
* İstiqrazalar emissiyası təqvimi (büdcə). Bu kimi plan sənədinin hazırlanması dövri xarakter daşıyır. Onun hazırlanma prinsipləri, əvvəlki variantda olduğu kimi, operativ maliyyə planının hazırlanması prinsiplərinə uyğundur.
* Maliyyə kreditləri üzrə əsas borcun amortizasiyası təqvimi. Bu növ ödəmə təqvimi bir hissədən ibarət olur – “əsas borcun amortizasiya təqvimi”. Bu operativ maliyyə planının göstəriciləri, ödəməyə nəzərdə tutulan hər bir kredit kəsiyində diferensalaşdırılırlar. Ödəmələrin miqdarı və onların yerinə yetirilməsi tarixi kommersiya bankları və digər maliyyə institutları ilə bağlanmış müvafiq kredit müqavilələri əsasında ödəmə təqvimində təyin olunurlar.
Sadalanan ödəmə təqvimi növləri operativ plan sənədi formasında, müəssisənin təsərrufat fəaliyyəti spesifikasını və həcmini nəzərə alaraq, təkminləşdirilə bilər. Müəssisə ödəmə təqvimlərinin konkret növ sayahısını pul dövriyyəsinin səmərəli idarə edilməsi tələbini nəzərə alaraq, sərbəst olaraq təyin edir.