22 C
Baku
Thursday, May 30, 2024

Ödəmə terminalını sındırıb pul oğurlayan şəxs saxlanılıb

Oğurluğa görə axtarışda olan şəxs tutulub.

Banker.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi və Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Vüqar Tapdıqzadə saxlanılıb.

Araşdırmalarla onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən ödəmə terminallarının birindən sındırmaq yolu ilə 3644 manat pul və bir evdən 1350 manat dəyərində 2 ədəd velosiped, təmir-tikinti alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər