6 C
Baku
Sunday, December 15, 2024

Oğuzda vaxtı keçmiş qida məhsulları satan market cərimələnib

Oğuz şəhərində fəaliyyət göstərən market cərimələnib.

Banker.az bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Belə ki, Cavanşir küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən, Əliyev Əli Hətəm oğluna məxsus marketdə aparılmış plandankənar yoxlama zamanı son istifadə müddəti bitmiş qida məhsullarının (“Koroleva” əmtəə nişanlı un məmulatı, “Qidam” əmtəə nişanlı xörək duzu) satışının həyata keçirildiyi aşkar edilib.

Agentlikdən bildirilir ki, aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər
Digər xəbərlər