17 C
Baku
Friday, May 3, 2024

Oktyabrda Azərbaycana NASA, “Boeing”, “Airbus”un nümayəndələri gələcək

Bu il oktyabrın 2-6 tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində dünyanın iri şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədovun sözlərinə görə, tədbirdə ümumilikdə 6 mindən çox qonaq iştirak edəcək:

“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Bu qonaqlar dünyanın kosmos gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir, eyni zamanda elm xadimləri və tələbələrdir. Təbii ki, Beynəlxalq Astronavtika Konqresində bu kimi tədbirlərdə kosmos sahəsində populyar simaların iştirakı istisna deyil”, – deyə o əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

Mənbəreport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər