8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Oktyabrda bank müştərilərinin sayı 200 mindən çox artıb

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin oktyabr ayına 11 417 007 nəfər təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 566 925 nəfər və ya 29% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin sentyabr ayına nisbətən bank müştərilərinin sayında 212 566 nəfər və ya 1.9% artım müşahidə olunub.

Bank müştərilərinin 11 289 193 nəfəri (98.9%-i) fiziki şəxslər, 127 814 nəfəri (1.1%-i) hüquqi şəxslərdir. Fiziki şəxslərdən 487 197 nəfəri sahibkarlıqla məşğul olanlardır. Sentyabr ayı ilə müqayisədə fiziki şəxslərin sayı 209 226 nəfər, sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 12 094 nəfər, hüquqi şəxslərin sayı isə 3 340 nəfər artıb.

Son xəbərlər
Oxşar xəbərlər
X