3 C
Baku
Sunday, February 25, 2024

Oktyabrda ölkəyə gələnlərin sayı açıqlanıb

Oktyabrda ölkəyə gələnlərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, ötən ay Azərbaycana 160 467 nəfər səfər edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 faiz çoxdur. Belə ki, ötən ilin oktyarında ölkəyə 90 973 nəfər gəlib.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə ölkəyə 1 323 416 şəxs gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin oktaybrında ölkəyə 606 253 nəfər səfər etmişdi.

Ən çox şəxs isə Rusiya (54 144), Türkiyə (28301), İran (15 257), Hindistan (9372), Gürcüstan (8479), Pakistan (5579) və Səudiyyə Ərəbistanı (4052) gəlib.

Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 33,74, Türkiyə üzrə 17,64, Cənubi Asiya üzrə isə 10, İran üzrə 9,51 faiz olub.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı 39 faiz azdır. Belə ki, 2019-cu ilin oktyabrında ölkəyə 264 078 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar-oktyabr aylarında isə gələnlərin sayı (2 679 932) bu ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz çox olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər