16 C
Baku
Friday, April 19, 2024

Oktyabrda xaricdən Azərbaycana ən çox sifariş olunan mallar – Siyahı

2021-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 398,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin oktyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 31,1 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, çay, zəli, tütün, un, tikinti materialları, yağ, şərab, bal, velosiped, armudu stəkan, qənnadı məhsulları, və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 oktyabr tarixinə kimi (58 ay ərzində) Azexport.az portalına dünyanın 238 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,62 milyard ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 23 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin dekabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac edilən mal və məhsulların dəyəri 688 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər