10 C
Baku
Friday, December 13, 2024

Ölən müştərinin kreditini kim qaytarır?

Bankdan istehlak krediti götürmüş müştərinin başına bədbəxt hadisə gələrsə, onun kredit borcunu 1-ci dərəcəli qohumları, yəni ailəsi ödəməlidir. Bu barədə fins.az-a istehlak kreditləşməsi ilə məşğul olan banklardan bildirilib. Ölkə banklarının əksəriyyəti müştərilərlə münasibətləri bu qayda ilə tənzimləyir. Amma bu, müştərinin sığortalanmadığı hala aiddir. Bəzi banklar isə əlavə risklərdən qorunmaq üçün həyat sığortasından istifadə edirlər. Fins.az – ın məlumatına görə, bu onun üçün tətbiq olunur ki, hansısa bədbəxt hadisə nəticəsində müştərinin başına bir iş gəlcə, onun kredit ödənişi zaminlərinin və yaxud ailə üzvlərinin üzərinə düşməsin.

Bu sığorta müştəri öldükdə və ya 1-cu qrup əlil olduqda, yəni həyatını və yaxud əmək qabiliyyətini itirdikdə işə düşür. Sığorta hadisəsi baş verdikdə sığorta şirkəti borclanın həmin tarixə olan əsas borcunu və hesablanmış faizləri ödəyir. Amma bunun üçün ölüm haqqında şəhadətnamənin və yaxud 1-ci qrup əlillik haqqında sənədin surəti banka təqdim edilməlidir.

Müştəri bədbəxt hadisə nəticəsində 2-ci və 3-cü qrup əlil olduqda isə kreditin qalan hissəsini zamin(lər) həyata keçirməlidir. Bu zaman sığorta haqqı böyük olmur – borcalanın yaşından asılı olaraq kreditin maksimum 1%-i qədər.

Bununla belə, fins.az – ın apardığı araşdırmalar göstərir ki, bankların heç də hamısında bu növ sığortadan istifadə edilmir. Vətəndaşların kütləvi şəkildə üz tutduğu, zaminsiz, amma yüksək faiz dərəcələri ilə 10 min manata qədər kredit verən və buna görə kreditin 5-10%-i qədər komisyon haqqı alan banklar müştərilərini bir qayda olaraq müştərilərini sığortalamırlar. Belə banklarda borclunun başına iş gəldiyi halda kredit avtomatik olaraq onun 1-ci dərəcəli qohumlarının (ata, ana,bacı, qardaş, övlad) adına keçirilir və ödənişi də ailə üzvləri edir. Vəziyyətdən çıxış yolu müştərilərin özlərinin həyatlarını sığortalamasıdır. Yəni bankdan kredit götürən müştəri, hətta bank bunu tələb etməsə də, banka borclu olduqları müddətdə özlərini həyat sığortası ilə sığortalaya bilərlər.

Bu halda sığorta hadisəsi baş verəndə borclananın ailəsinə yaxud özünə çatan sığorta ödənişi ilə banka olan borcu bağlamaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.