3 C
Baku
Saturday, March 2, 2024

Olaf Şolts Ukraynadakı münaqişənin dondurulması ilə bağlı xəbərdarlıq edib

“Ukrayna ətrafında vəziyyətlə bağlı sülh danışıqlarının aparılması münaqişəni dondurmaq məqsədi daşımamalıdır”.

Bu fikri Almaniya kansleri Olaf Şolts Xirosimada keçirilən “Yeddilik Qrupu” sammiti çərçivəsində deyib.

“Əgər sülh danışıqları ilə bağlı təkliflər irəli sürülürsə, onların məqsədi dondurulmuş münaqişə əldə etmək ola bilməz. Rusiya qoşunlarını çıxarmalıdır”-deyə, o bildirib.

Kansler əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotlarına “F-16” və digər qırıcılar üçün təlimlərin keçirilməsi uzunmüddətli layihə və Rusiya üçün siqnal olacaq.

Daha əvvəl “Politico” qəzeti mənbələrinə istinadla yaydığı xəbərə görə, ABŞ hakimiyyəti Ukraynadakı münaqişənin dondurulması ssenarisinə hazırlaşır, o zaman bu münaqişə uzun illər və hətta onilliklər ərzində davam edəcək.

Son xəbərlər
Digər xəbərlər