28 C
Baku
Saturday, July 27, 2024

Rəsmidir. Ölkədə cinayət törədən şəxslərin 86%-i işsiz və təhsilsizlərdir

Azərbaycanda narkotik vasitələrlə bağlı cinayətlər haqqında məlumatlar açıqlanıb.

Dövlət Statistika Komitəsindən Banker.az-a bildirilib ki, Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə qeydə alınmış 26381 cinayət hadisəsinin 3239-u və ya 12,3%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların da 57,1%-i satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3%-i eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 7,2%-i qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,2%-i isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,2%-i isə digər cinayətlərdir.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99%-i cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin 86,2%-ni heç yerdə işləməyən və oxumayanlar, 37,2%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,2%-i yetkinlik yaşına çatmayanlar, 6,9%-i 18-24 yaşlı, 13%-i 25-29 yaşlı gənclər, 79,9%-i isə 30 və yuxarı yaşlı şəxslər olub.

2018-ci ildə müsadirə edilmiş 2526,3 kiloqram bitki mənşəli narkotik maddələrin 1194,6 kiloqramını heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Son xəbərlər
Digər xəbərlər