Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102.8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105%, qeyri-ərzaq məhsulları üzrə 101.3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.
Banker.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunub ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.5%, əvvəlki ilin noyabr ayına nisbətən 102.4% təşkil edib.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.4%, əvvəlki ilin noyabr ayına nisbətən 103.9% olub.
“2020-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1%, əvvəlki ilin noyabr ayına nisbətən 101.2% təşkil edib. Noyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.9%, əvvəlki ilin noyabr ayına nisbətən 101.1% olub”, – açıqlamada deyilir.