Ölkədə kredit kartlarına maraq azalır. Buna səbəb nədir?

0

AZƏRBAYCANDA 2015-ci ildə ardıcıl devalvasiyaların ardından yenicə dirçələn bankların təqdim edtiyi kredit və ya taksit kartlarına maraq kəskin şəkildə azalmağa başlamışdır.

Ölkədə kredit kartlarının sayı 2014-ci ildə 1 milyon 302 min ədədə çatması ölkə tarixində maksimum göstəricini əks etdirdi. Lakin, növbəti “böhran dövrün”də artıq bu say 1 milyon 10 min ədədə qədər azalmalı olmuşdu. Növbəti illərdə isə bu tendensiyanın davam etməsi ilə kartların sayında anti-rekordların yenilənmişdi və 2015-cı ilin iyulunda bu rəqəm 562 min ədədə qədər düşmüşdür. Bu isə bazarın yeni aktivləşməyə başladığı dövrdə, yəni, 2013-2014-cü il aralığındakı bəzi aylardan da daha aşağı göstəricidir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Azərbaycanda öncəki ayda ümumi olaraq plastik kartların ölkə tarixində ilk dəfə sayı 7 mln. ədədi ötüb. Plastik kartlar dedikdə, bura, debet kartlara aid olan əməkhaqqı, sosial və eləcə də kredit kartları aid edilir. Amma, göründüyü kimi ölkənin maliyyə bazarının son illərdə artımı fonunda kredit kartlarında bunun bir qədər əksi baş verir.

Onu da qeyd edək ki, 1 avqust 2019-cu il tarixində plastik kartlar üzrə yalnız kredit kartlarının sayında (779 min ədəd) azalmalar müşahidə olunur. Məsələn, cari ilin yanvar ayındakı “qəfil” 10%-lik enişindən sonra bu kartların sayında nisbətə artımlar aylar üzrə 1 və ya 1,5% aralığında olmuşdusa, son iki ayda artıq enişlər müşahidə edilir. Yəni, artıq əvvəlki kimi kredit kartları insanların marağında deyildir.

Banker.az olaraq bu məsələ ilə bank üzrə ekspert Elman Sadıqovun fikirlərini öyrənməyə çalışdıq. Bu kartlar bildiyimiz kimi istehlak kreditinə aid edilir deyən Sadıqov bu azalmanı təbii hesab edir. 

O qeyd edir ki, ölkə əhalisində keçmiş təcrübəyə əsaslanaraq bu məhsula qarşı nisbətən qorxu və çəkinmə meyilləri yaranıb. Əhali daha çox aylıq ödənişli kreditləri üstün tutur.

Elman Sadıqov

Birinci səbəb məlum devalvasiyalar ardından istehlak kreditlərinin kəskin şəkildə azalmasıdır ki, bu azalma kredit kartlarına da təsirsiz ötüşməyib.

“İkinci səbəb isə kredit kartlarında ödəniş qrafiki və şərtləri ilə bağlıdır. Bildiyimiz kimi (taksit kartları istisna olmaqla) digər kredit kartlarında ödənişlər müddətin sonunda birdəfəlik olur. Bir çox müştərilər, çətinliklər və yaranan mövcud vəziyyət səbəbindən tam olaraq kartların məbləğini ödəyə bilmədilər və banklara müraciət edərək həmin bankdakı məbləğləri aylıq ödənişli (annuited qrafikli) istehlak kreditlərinə çevirdilər. Bu səbəbdən də kredit kartları bağlanaraq istehlak kreditləri ilə əvəzlənməyə başlanıldı.

Sadə bir misal ilə belə izah edim: Sizin 2000 manatlıq kredit kartınız var və müddət sonunda siz həmin məbləği banka birdəfəlik ödəməlisiniz. Amma sizin buna gücünüz çatmır. O halda banka müraciət edirsiniz ki, həmin məbləği istehlak kreditinə çevirib aylıq olaraq hissə-hissə ödəmək istəyirsiniz. Nəticə etibarı ilə bank da sizin kredit kartınızı bağlayaraq sizə aylıq ödənişli istehlak krediti verir. Bu da kredit kartlarının sayında azalmalara gətirib çıxarır.”

Elman Sadıqov bildirir ki, hazırda ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədi ilə əhalidə kartların sayının da artırılması hədəf götürülüb: ” Kredit kartlarının da artırılması məqsədə uyğun olardı, lakin bir şərtlə ki, bu artım əhalinin ödəmə qabiliyyətinə düz mütənasib olsun və əhali sonra yenidən kredit kartlarının “borc bataqlığına” düşməsin.

Ümumiyyətə, əgər vətəndaşlar kredit kartlarından düzgün və təyinatına uyğun istifadə edərlərsə, mənfəət əldə etmiş olarlar. Ay ərzində xərclənən məbləği ayın sonunda banka qaytarmaqla vətəndaşlar güzəşt müddətindən (“grace period”) istifadə etmiş olurlar, yəni faiz ödəmirlər. POS terminallar vəasitəsi ilə də ödəniş edildikdə kommisyon haqqı tutulmur. Nəticə etibarilə, bu o deməkdir ki, bankın maliyyəsindən siz pulsuz istifadə etmə şansı əldə edirsiniz.”

Gələcəkdə kredit kartlarının sağlam və effektiv şəkildə artırılmasına necə nail olmaq olar

“Gələcəyə yönümlü danışsaq kredit kartlarının sayının artırılması üçün görüləcək işlər əlbəttə ki, çoxdur. Burada hər bir bankın tətbiq edəcəyi strategiya da olacaqdır. İlk növbədə əhalidə kredit kartından istifadə mədəniyyəti bir qədər formalaşmalıdır. Maliyyə savadlılığı artırılmalıdır. Təəssüf ki, bizdə kredit kartlarına birdəfəlik istifadə kimi baxılır və yüksək məbləğli kredit kartlarına meyillər çoxdur. Daha çox xırda məbləğli kredit kartları təşviq edilməlidir…

Burada əsas həlledici amil müştərilərin kredit kartlarına yanaşmalarının kökündən dəyişməsidir ” – deyə ekspert deyir.