0 C
Baku
Monday, February 26, 2024

Ölkədə pul bazası cüzi artıb

1 İyun tarixində Azərbaycanda pul bazası 7 983.7 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ölkədə pul bazasının 12% azalmasına baxmayaraq, bu ay pul bazası 113.5 mln manat və yaxud 1.4% artıb.

Cari ilin əvvəlindən isə pul bazası 2 776.6 mln manat və yaxud 25.8% artıb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişikliklər müşahidə olunub. Belə ki, sərbəst bank ehtiyatları bir ay ərzində 1.1 mln manat artaraq, 799.3 mln manat, məcburi ehtiyatlar isə 10.2 mln manat azalaraq, 49.9 amln manat təşkil edib.

O cümlədən dövriyyədə olan nağd pullar da artım qeydə alınıb. Belə ki, son bir ay ərzində dövriyyədə olan nağd pullar 120.5 mln manat artaraq, 7 129,4 mln manat, bank ehtiyatları isə 9.1 mln manat azalaraq 849,2 mln manat təşkil edib.

Həmçinin dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti də azalaraq 89.3%-ə bərabər olub. Ötən ay isə bu göstərici 89.1% təşkil edirdi.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər
Digər xəbərlər