01 fevral 2014-cü il tarixində ölkədə fəaliyyət göstərən bankların cəmi aktivləri 20 546.4 mln manata çatdı.
Banker.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il bank sektorunda aktivlər 4 128 mln manat yəni 26% artıb. Ötən ay isə aktivlər 20385.1 mln manat təşkil edib.
Hazırda kredit qoyuluşları isə 15022.1 mln manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə kredit qoyuluşu 2 891 mln manat və ya 24% artıb.