6 C
Baku
Sunday, December 15, 2024

Ölkə supermarketlərində işçilərin sayı 2 dəfə azalacaq

Müəllif: Marketoloq konsultant İlkin Manafov

Marketinqin və ya marketoloqun işinin ən bariz nümayiş etdirildiyi yer dedikdə ilk ağla gələn əlbəttə ki,  pərakəndə ticarət obyektləri olur. Məhz burda brendlər öz liderliklərini sübut edirlər, məhz burda hazırlanan reklam kampaniyasının təsiri ortaya çıxır,  müştəri loyallığının nə olduğu hiss edilir və s. Bu yazıda ölkədə olan pərakəndəçilik xasiyyətinin gələcəkdə hansı formada olacağı barədə fikirlərimizi paylaşmaq istəyirik.

Bir faktı qeyd edim ki, ölkədə pərakəndə ticarət  dinamik formada inkişaf edir. Bir vaxtlar  “köşk” ilə başlayan ticarət məntiqi, bugün supermarketlərdən böyük gipermarketlər istiqamətində dəyişir. Tezliklə, şəhər kənarlarında olan böyük gipermarketlərin bazarda rəqabətə necə təsir etdiyinə, hamımız birlikdə şahidlik edəcəyik. Bugünkü yazımda  müşahidə etdiyim başqa bir məsələ, supermatketlərdə xərclərin necə yüksək səviyyədə olduğunu qeyd edəcəm.

Bakıda olan orta statistik supermarketə girdikdə, demək olar ki, hər 4-5 kv.metr yerə bir satıcının nəzarət (xidmət) etdiyini müşahidə etmisiniz. Həmçinin müşahidə etmisiniz ki, kassaların yanında alınan məhsulları çantaya yığmaq üçün xüsusi adamlar olur. Butün supermarketlərimizdə çantaların necə gen-bol istifadə edilməsini görürsünüz və bəlkədə bizə elə gəlir ki, bu əladır. Əslində isə, marketlərdə olan xərclərə belə nəzarətsizlik dolayı yolla müştərilərin cibindən çıxır.

Hələ 3 il bundan əvvəl fransuz pərakəndə nəhəngi Auchan dünyanın ən bahalı şəhəri olan Moskvada supermaketin içində hər bir sentin qədrini bildiyi hiss edəndə, çox təəcübləndim. Hətta xətrimə “dəydiki” mən çantanı niyə özüm çıxarmalıyam…, amma indi başa düşürəm ki, məhz belə  addımların hesabına supermatketlərdə qiymətlər Moskvada demək olar ki, ən ucuzlarından idi.

Bugün Azərbaycanda istər supermarket, istərsə də,  digər sektorlar üzrə pərakəndə şəbəkələrdə xidmət xərcləri xarici ölkələrlə müqayisədə çox yüksəkdir. Heç bir ölkədə bir supermarketdə bizdə olan qədər işçi yoxdur.

Hesab edirəm ki, yaxın 2 il ərzində Azərbaycanda olan supermatketlərdəki işçilərin sayı, ən azı 2 dəfə azalacaq. Buna marketlər sadəcə məcbur olacaqlar. Necə?

  • İşçilərin sosial müdafiyyəsi daha güclənəcək. Bu özündə bir işçiyə düşəcək xərclərin sahibkar üçün daha yüksək olmasına gətirib çıxaracaq. Nəticədə , sahibkar məcbur olaraq artıq işçilərdən imtina edəcək və biznes-proseslərini dahada optimallaşdıracaq.
  • Hər bir manatın uğrunda mübarizə başlayacaq. Pərakəndəçilər görəcək ki, artıq boş ərazi anlayışı yoxdur. Hamı onların təklif etdikləri xidməti edir. Nəticədə yüksək marjalar haqqında deyil, konkret xərclərin azaldılması üzərində işlər gedəcək.
  • Şəhərdə olan kirayə xərclərinin dəyişməsi, parkinq siyasətinə ediləcək sərt qaydalar, pərəkəndə satışın xərc strukturunu və yerləşmə qaydalarını tam dəyişəcək. Bu baxımdan, üzümüzü gələn vaxtlarda ticarət obyektlərinin daha az maliyyətli (icarə haqqı olan) yerlərə doğru yer dəyişməsi gözlənilir.

Ümumiyyətlə, yaxın 2 il ərzində ölkədə olan istər Vergi, istər Sosial müdafiə, istərəsə də, icarə haqlarının dəyişməsi, pərakəndə ticarət obyektlərinin şəhər mərkəzindən, daha kənarlara doğru hərəkət etməsi ilə nəticələnəcək. Əsas faktor kimi, məhz rahat dayanacaq imkanları, böyük ərazi və infrastruktur olacağını düşünürəm.

Son xəbərlər
Digər xəbərlər