3 C
Baku
Saturday, December 14, 2024

Ölkə üzrə fevral ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fevralın 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, fevralın 19-da isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Pensiyaların minimum məbləği 2023-cü il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər