22 C
Baku
Thursday, May 2, 2024

Ölkədə ən çox maaş bu sahələrdə verilir – SİYAHI

2023-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3 479.2 manat, qeyri neft-qaz sektorunda 874.4 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 890 manat, özəl müəssisələrdə isə 959.1 manat olub.

Mədənçıxarma sənayesində (3 339.4 manat), maliyyə və sığorta fəaliyyəti (2 308.1 manat), peşə, elmi və texniki fəaliyyət (1 541.4 manat), eləcə də informasiya və rabitə (1 493.9 manat) sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

tt

Son xəbərlər
 ⁠
Digər xəbərlər