15 C
Baku
Saturday, April 20, 2024

Ölkədə gələn il maaş, pensiya və müavinətlərin artırılmasına ayrılacaq vəsait açıqlandı

“Cari ilin təsdiq olunmuş proqnozuna nisbətən 2022-ci ildə xərclər 1 milyarddan çox artacaq”.

Bunu Milli Məclisin Ictimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, erməni işğalçılarının talan etdiyi kənd qəsəbə və şəhərlərin yenidən qurulması, mədəni tarixi abidələrin bərpası istiqamətində başlanılan işlər sürətlə davam edir: “Bu işlərin fasiləsiz təmin edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Eyni zamanda işğaldan azad olunmuş yerlərdə hərbi hissələrin yerləşdirilməsi və qələbədən sonra bərqərar olan sərhədlərimizin qorunması üçün o ərazilərdə ictimai iaşə yerlərinin açılması üçün büdcədən vəsait ayrılması nəzərdə tutulur. Həmin ərazilərdə qulluq edən hərbi qulluqçuların, hərbçilərin maaşlarının artırılması, sosial rifahının yaxşılaşdırılması üçün əməyin ödənişi fondu üçün nəzərdə tutulan vəsait artırılacaq. Müdafiə xərclərinin tərkibində Azərbaycan ordusunun hərbi qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən proqramlar da davam etdirilməkdədir”.

Nazir diqqətə çatdırıb ki, son 3 ildə əməyin ödənişi xərcləri 1,8 dəfə artıb: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq gələn il ölkədə əməkhaqlarının, sosial müavinətlərin, təqaüdlərin artırılması üçün 2022-ci ilin dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bu tapşırığın həyata keçirilməsi üçün dövlət büdcəsində 1 milyard 440 milyon manat məbləğində maliyyə təminatı yaradılıb”.

Son xəbərlər
Digər xəbərlər