Azərbaycanda kartof yığımında ən məhsuldar rayon və ən çox kartof yığımı edən rayonların TOP 20-liyi açıqlanıb.
Banker.az bildirir ki, ölkədə ən məhsuldar rayon Qazaxdır. Bu rayonda hər hektara 307 sent/ha məhsuldarlıq qeydə alınıb ( 1 sentiner=100kq) . Yəni, Qazaxda hər hektardan ortalama 30 ton kartof yığımı olmuşdur. Bununla bağlı AzStatKom məlumat verir. Respublika üzrə bu rəqəm orta ölçüdə 173 sent/ha təşkil edir.
Ölkə üzrə isə ən çox kartof Tovuzda yığılıb. Cari ilin ilk 9 ayı ərzində bu rayonda 174 min ton həcmində kartof tədarük edilib. Ölkədə cəmi 950 min ton təşkil etdiyini nəzərə alsaq, Tovuz Respublikada yığılan kartofun həcmində 18.3% pay sahibinə malik olması anlamına gəlir.