Azərbaycan Respublikası ərazində pul bazasının 1 aprel 2020-ci il tarixdə 11 milyard 360,7 milyon manat pul bazası olması haqda xəbər vermişdik.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 10 milyard 66.9 milyon manatı milli valyutada (AZN) olan pullar təşkil edib. Bu da son bir ay ərzində 2 milyard 45 mln. manatlıq azalma qeydə alınmasıdır. Ümumi pul bazasının cəmi 88,61%-i manatla pullar təşkil etmişdir. Milli valyutada olan pulun ümumi pul bazasındakı həcmində olan payı üzrə aşağı göstərici sonuncu dəfə 2018-ci ilin birinci yarısında (83,37%) qeydə alınmışdı. Geridə qalan son üç ay — dekabr (2019) – yanvar- fevralda manatın pul bazasında payı, ardıcıl olaraq 92,59%, 91,59% və 90,74% təşkil edirdi.
Bu azalmaya səbəb Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirlən hərracların intensivləşdirməsini göstərmək olar. İlk rübün yarısından neftin kəskin ucuzlaşmasına görə ölkədə vətəndaşlar milli valyutada olan nağd vəsaitləri dollara çevirməyə meyillənib. Buna görə, AMB bunun qarşısını almaq üçün ölkədə olan nağd vəsaitlərin qismən yımaqla manata təziyiqləri azaltmağa çalışırdı. Valyuta konvertasiyası özü də həmçinin manat kütləsinin ölkə ərazisində azalmasına səbəb olub.
Pul bazasında isə nağd pulun həcmi isə 9 milyard 463,6 milyon manat təşkil edib. Nağd vəsaitlərin pul bazasında payı 83,3% təşkil edib. Bu da öncəki ayla müqayisəsə 903,9 milyon manat nağd pulun kiçilməsi deməkdir.