13 C
Baku
Wednesday, May 8, 2024

Ölkədə POS terminalların sayı 15% artıb

Cari ilin 31 may tarixin olan göstəricilərə əsasən, Azərbaycanda POS terminalların sayı 68 588-dir. Onlardan 46 345-i və ya 67.6%-i Bakının, 22 243-ü və ya 32.4%-i isə regionların payına düşür.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunan 66 991 POS terminal var ki, onlar ölkə üzrə cəmi POS terminalların 97.7%-ini təşkil edir. Bunların isə 45 308-i və ya 67.6%-i Bakıdadır.

Qeyd edək ki, ilin ilk 5 ayında ölkə üzrə POS terminal sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 937 və ya 15% artıb. Bakıdakı POS terminalların sayı 7 173 və ya 18.3%, regionlardakı isə 1 764 və ya 8.6% artıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər