19 C
Baku
Sunday, May 19, 2024

Ölkədə şirkətlərin bank hesablarının sayı 14% artıb

Azərbaycan banklarında 27 124 641 sayda müştəri hesabları mövcuddur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar ayı üzrə hesabatında məlumat verilir.

Bu hesablardan 22 458 728-ini cari hesablar, 4 405 980-i kredit hesabları, 259 933-ü isə depozit hesabları təşkil edir. Cari hesabların 22 194 423-ü fiziki şəxslərə (616 580-i sahibkarlqla məşğul olanlara), 264 305-i isə hüquqi şəxslərə məxsusdur. Bir ay ərzində hüquqi şəxslər 667 yeni hesab açıblar. İllik müqayisədə isə hüquqi şəxslərin cari hesablarının sayı 32 314 və ya 13.9% artıb.

Banker.az-ın AMB-nin təqdim etdiyi hesabata əsasən apardığı hesablamalara görə, bu ilin yanvar ayı ərzində 536 816 yeni hesab açılıb və yeni açılan hesabların 79.1%-i cari hesab olub.

Qeyd edək ki, ötən ilin yanvar ayında müştəri hesablarının sayı 21 114 641-i cari hesablar, 3 708 727-si kredit hesabı, 226 040-ı depozit hesabı olmaqla, ümumilikdə 25 049 408 təşkil edirdi. İllik müqayisədə müştəri hesablarının sayının 8.3% artdığı görünür.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər