13 C
Baku
Saturday, April 27, 2024

Ölkəmizdə “Agile Azərbaycan Birinci Beynəlxalq Sammit” baş tutacaq

24 noyabr 2022-ci il tarixində SOCAR-ın maliyyə dəstəyi və Agile Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə Agile Azərbaycan Birinci Beynəlxalq Sammit baş tutacaq.

Regionda ilk Agile Sammit çərçivəsində nüfuzlu Agile spikerləri dünyanın müxtəlif ölkələrindən gələrək Azərbaycanda çıxış edəcəklər.

Canlı keçiriləcək tədbirin əsas mövzusu “Təşkilati çeviklik”dir (“Organizational Agility”).

Agile Liderlik, Agile komandaları, Məhsul Sahibliyi və digər mövzuları əhatə edən çıxışlar tədbir iştirakçıları tərəfindən Agile fəlsəfənin dərindən mənimsənilməsi üçün imkanlar yaradacaq.

Qeyd edək ki, Agile sahəsində dünya üzrə tanınmış şirkət Scrum.org – the House of Scrum tədbirin əsas tərəfdaşlarından biridir.

Tədbir barədə ətraflı məlumat sammitin veb səhifəsində yerləşdirilmişdir: https://beagile.az/agilesummit2022

Agile sahəsində daha çox bilik əldə etmək və yeni insanlarla tanış olmaq imkanını qaçırmayın. Tədbirə qatılmaqla Be Agile!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər