16 C
Baku
Friday, April 26, 2024

Ölkənin turizm sektorunda işçilərin sayı artmağa başlayıb

Azərbaycanın turizm sektorunda çalışan işçilərin sayında artıq artım müşahidə edilir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin sentyabr ayının 1-nə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışanların sayı  24 min 300 nəfər təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu sahə üzrə işçilərin sayı 26 min 700 nəfər olub. Belə ki, turizm sektorunda işçilərin sayı illik müqayisədə 2 min 400 nəfər və yaxud 9% azalıb.

İllik müqayisədə azalma olsa da, aylıq müqayisədə bu sahədə olan işçilərin sayı 200 nəfər artıb. Cari ilin avqustun ayının 1-nə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışanların sayı  24 min 100 nəfər təşkil etmişdir.

Onlardan mini dövlət sektorunda, 23 min 300 nəfəri isə özəl sektorda çalışıb. 2019-cu ilin sentyabr ayının 1-nə isə bu sahənin dövlət sektorunda min nəfər, özəl sektorunda isə 25 min 700 nəfər işləyib.

Bildirək ki, cari ilin yanvar-iyul aylarında orta aylıq əməkhaqqı turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin dövlət sektorunda 1 201.9 manat, özəl sektorunda isə 517.6 manat təşkil edib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər