Azərbaycanda 2020-ci ilin ilk 4 ayı ərzində 17 196 ədəd avtomobil idxal olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal olunan avtomobillərin 1 704 ədədi Azərbaycanda karantin rejmi ilə bağlı ən sərt tədbirlərin görüldüyü aprel ayını əhatə edir. Bildiyimiz kimi bu ay ərzində ölkə sərhədlərinə giriş-çıxışda məhdudiyyətlər tətbiq edilib.
İdxal olunmuş avtomobillərin 14 417-i minik avtomobillər olub ki, ondan, 1 566 ədədi hybrid mühərrikli, 14 ədədi e-karlar təşkil edib.