2026-cı ilin yanvar-aprel ayında Azərbaycan 443 milyon 619 min dollar dəyərində 21 120 ədəd cəmi avtomobil idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 28%, miqdar ifadəsilə 37.4% azalıb.
O cümlədən, 2025-ci ilin yanvar-aprel ayında isə Azərbaycana 616 milyon 138 min dollar dəyərində 33 767 ədəd cəmi avtomobil gətirilib.
Bu ilin ilk 4 ayında Azərbaycana minik avtomobillərinin idxalı 18 287 ədəd ikən, əvvəlki ildə 30 814 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 41% azalıb.






