9 C
Baku
Friday, December 13, 2024

“Ölü yolun” düşərgələri

QULaq həqiqətləri haqqında memuarlardan, xatirələrdən, nadir sənədlərdən bir çox şey bəllidir. Uzaqlıq və sərt hava şəraitindən qorxmayan insanlar keçmiş düşərgələrdə ola bilərlər. Onlara baxmaq üçün xüsusi icazə lazımdır. Lakin indi həmin düşərgələri virtual olaraq da ziyarət etmək olar. 

1947-ci ildə keçmiş SSRİ ərazisində dəmir yolu tikintisi başlamışdı. Bu dəmir yolun tikintisi ilə QULaq məhbusları məşğul idilər. İosiff Stalinin vəfatından sonra bu layihə yarımçıq qalır. Dəmir yolu sonrada «ölü yol» adlanır. Beləliklə, heç yerə aparmayan atılmış vəziyyətdə 700 kilometr dəmir yolu qalıb. Sibir tayqasında həmçinin atılmış düşərgələr də var.

Bugünkü gündə «ölü yol» haqqında az məlumat bəllidir. Dəmir yolun tikilməsi məqsədi də məlum deyil.

Bu tarixi məqama tarixçi Ştepan Çernouşek diqqət yetirir. O, peyk xəritəsində düşərgələri görür və Sibirdə düşərgələrin nə qədər yaxşı qaldığına təəccüblənir. Çernouşek belə deyirdi: «Mənə maraqlı idi ki, düşərgələr içəridən necə görsənirlər, lakin mın internetdə «ölü yol» düşərgələri haqqında demək olar ki, heç bir məlumat tapmadım. Buna görə mən onları şəxsən görmək qərarına gəldim».

Çernouşek və onun bir neçə həmkarları 2009-cu ildə QULaq düşərgələrini araşdırmaq üçün ilk ekspedisiyaya yola düşürlər. Ümumilikdə Çernouşek 10 düşərgəni ziyarət etmişdi. O, belə deyir: «Bəzi düşərgələr həddindən artıq pis vəziyyətdə idi, digərləri isə yaxşı qalmışdılar».

Ekspedisiyaya başlamamışdan öncə tədqiqatçılar öz səfərlərinin məqsədini başa salmaq üçün İqarka şəhərinin merinin yanına gedirlər. SSRİ dövründə məhbusları məhz həmin şəhərə göndərirdilər.

Daha sonra tədqiqatçılar Turuxan rayonunun administrasiyasına məktub yollayırlar. Çernouşekin xatirələrindən: «Biz düşərgələrdə turist qismində olduq. Orada nə xüsusi rejim, nə sərhəd zonası yoxdur. Düşərgələrə baxmaq üçün hökumət bizə mane olmurdu, əksinə, yerli əhali bizə kömək edərək yolu göstərirdilər».

Sibirə çatdıqda tədqiqatçılar gördüklərini necə ötürəcəkləri haqqında fikirləşməyə başlayırlar. «Biz panarom şəkillər üsulunu tapdıq. Bu üsulun sayəsində kompüter arxasında oturan şəxs hər şeyi sanki öz gözləri ilə görür», – deyə Çernouşek izah edir. Bu şəkillər Gulag.cz, virtual muzey, layihəsinin bir hissəsi olur. Saytda 30-dan çox interaktiv panoram şəkillər təqdim olunub. Düşərgələrin obyektləri arasında bunlar var idi: məhbuslar üçün barak, inzibati barak, karser, izolyator, “ölü yol” lokomotivi və müşahidə etmə qülləsi.

«Bizim hələ çox materialımız qalıb, lakin şəkillər üzərində işləmək lazımdır», – deyə Çernouşek açıqlayır.  Düşərgələrin öz obyektlərindən savayı şəkillərdə məhbusların məişət əşyaları da əks olunmuşdu. Bəzi əşyalar görünən yerdə yerləşdirilmişdi, bəziləri isə gizlədilmişdi. Məsələn, məhbusların birinin gündəliyi ayaq yolunun arxasında gizlədilmişdi.

Gündəlikdə texniki rəsmlər, şəxsi qeydlər və şeirlər yazılmışdı.

Çernouşek belə deyir: «Orada məişət əşyaları bugünkü günə qədər yaxşı vəziyyətdə qalıblar – ülgüc, fincan, qaşıq, məhbusların düymələri. Həmçinin müxtəlif sənədlərdə – məktublar, məhbusların əməylərinin hesabatları. Atılmış düşərgələrdə bu əşyalar çürüyürlər. Ovçu və balıqçılar tonqal qalamaq üçün burada tapılan taxta əşyalardan istifadə edirlər». Bir çox əşyaları tədqiqatçılar özləri götürməli, digərlərini yerində saxlamışdılar, bəzi sənədləri isə İqark şəhərinin Muzeyinə göndərmişdilər.

Gulag.cz hələki ilkin inkişaf mərhələsindədir. Saytın yaradıcıları ingilis və çex dilindən savayı saytın rus və alman dillərinə də tərcümə olunmasını istəyirlər. “Biz öz üzərimizdə məhbusların yaşadıqlarını hiss etdik. Burada ildə 2-3 ay yay olur, başqa vaxt isə ancaq qış olur”, – deyə Çernouşek deyir. Düşərgələrin yaxınlığında yaşayış məntəqələri yoxdur, ekspedisiyasının iştirakçıları fotoapparatları və kompüterləri üçün günəş batareyalarına arxalanmalı olurdular.

Çernouşek hesab edir ki, bir çoxları muzeylərə çevrilmiş alman konslagerlərindən fərqli olaraq QULaq düşərgələri sistemi haqqında çox az məlumat bəllidir: «Stalinin düşərgələrindən yalnız SSRİ-nin vətəndaşları deyil, həmçinin Avropa ölkələrinin sakinləri də əziyyət çəkirdilər».

Son xəbərlər
Digər xəbərlər