2 C
Baku
Saturday, December 14, 2024

“Omicron” ştamına yoluxmuş şəxslərin vəziyyəti açıqlanıb

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumatda deyilir: “Koronavirusun “Omicron” ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K “Omicron” variantı aşkarlanıb. Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.

Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır”.

Son xəbərlər
Digər xəbərlər