12 C
Baku
Wednesday, December 11, 2024

“Omikron” ştamına görə dünyada 2.5 mindən çox aviareys ləğv edilib

Koronavirusun “omikron” ştamının yayılması fonunda dünya üzrə hava yolları bazar ertəsi günü (27 dekabr – Red) 2,5 mindən çox aviareysi ləğv edib.

Müvafiq məlumatlar təyyarələrin hərəkətini izləyən FlightAware portalında dərc edilib.

Qeyd olunub ki, bazar ertəsi 2 522 reys ləğv edilib, 7 690-ı yubanıb. Ləğv edilən aviareyslərin əksəriyyəti ABŞ-da olub. Belə ki, “Delta Air Lines”, “United Airlines”, “JetBlue Airways” və “American Airlines” aviaşirkətləri Milad bayramlarına nəzərdə tutulan minə yaxın artıq reysi ləğv ediblər. Söhbət həm daxili, həm də beynəlxalq uçuşlardan gedir.

Aviaşirkətlər “omikron” ştamının personal, o cümlədən pilotlar arasında yayılması səbəbindən reysləri ləğv ediblər. Belə ki, ötən bazar günü ABŞ-da aviaşirkət işçilərinin xəstəlik məzuniyyəti almağa məcbur olması səbəbindən 1,2 min reys təxirə salınıb.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər