Kredit üçün banka müraciət edən şəxslərin bir çoxu bankdan kredit almaq istədiyi zaman müştərisi olduğu banklara yaxınlaşırlar. Getdikcə əhalidə artıq müştərisi olduğu bankın onu tanıdığını və digər bir banka getməyin mənasız olduğu düşüncəsi yaranır. Yəni bütün banklar haqqında məlumat əldə edib, onların şərtlərini müqayisə etmirlər. Nəticə etibarı ilə isə, müştərisi olduğunu bank sizə yüksək faiz ilə də kredit ayıra bilər.
Lakin, kredit əldə etməzdən əvvəl bir neçə bankın şərtlərini müqayisə edərə, daha uyğun bankı seçməyiniz vacibdir. Bankların təsmi səhifələrində isə, təklif olunan məhsullar haqqında məlumatlar qeyd olunur. İşinizi daha asanlaşdırmaq üçün siz bankların saytlarından məlumat alıb, müqayisə apara bilərsiniz. Daha çox var itirməməyiniz üçün, siz almaq istədiyiniz krediti onlayn şəkildə sifariş edə bilərsiniz.
Onlayn sifarişi necə verirlər?
Onlayn kredit xidməti banka getmədən istədiyiniz kredit üzrə sifariş vermək imkanı yaradır. Kredit almağa qərar verdiyiniz bankın saytına daxil olaraq, bir neçə dəqiqə ərzində, kredit sifarişi anketini doldurmalısınız. Antekdə sizdən tələb olunan bütün məlumatları daxil etməyiniz mütləqdir. Müvafiq vaxtda isə bank sizin sorğunuzu cavablandırır.
Onlayn kreditin üstünlüyü nədir?
Çox təəssüf ki, onlayn olaraq əldə olunan kreditlərin şərtlərində (faiz, müddət komissiya haqqı və s.) heç dəyişiklik və yaxud güzəşt tətbir olunmur. Lakin , onlayn kredit sifarişlərin aşağıdakı üstünlüyü vardır.
- Vaxta qənaət etmək
- İstənilən vaxt sifariş edə bilməyiniz
Bildiyiniz kimi, kredit almaq istədiyiniz zaman, banka təqdim etməli olduğunuz sənədləri toplamaq və tıxac ilə dolu şəhərimizdə banka gedib və növbəniz sizə çatdığı zaman kredit əldə etməyə demək olar ki, bir gününüzü sərf etməli olacaqsınız. Lakin onlayn sifariş zamanı daha az vaxtınız gedəcək.
Bankların iş vaxtı hər kəsə məlumdur. Öz işinizdən asılı olaraq isə, banka yaxınlaşmağınız mümkün olmaya bilər. Onlayn kredit sifarişini isə siz istənilən zaman edə bilərsiniz. Həmçinin siz eyni anda bir neçə bankın səhifəsində onlayn kredit sifarişi edə bilərsiniz. Daha sonra isə hansı bank sizə uyğun gəlsə o banka da müraciət edə bilərsiniz.