19 C
Baku
Sunday, May 19, 2024

Online ödəmə bazarının 20 illik tarixi

PayPal mafiyasından Collison qardaşlarına qədər

Ödəmə bazarı – ən aktiv inkişaf edən və səxavətli bazarlardan biridir. Təsəvvür etmək çətindir ki, yalnız iki on illiy bundan qabaq məhsulların onlayn alınması demək olar ki, mümkün deyildi və bank kartları populyarlıqda nağd pullardan geri qalırdı. İndi, PayPal inovasiyası qurulduqdan 20 il sonra, bazarda satınalmalar  mərhələsinə girdilər – böyük oyunçular oyunun gedişatını öz lehinə dəyişə biləcək həllər axtarırlar.

«Sekret» ödəmə inqilabının əsas simvolları, bazar inkişaf mərhələləri və məhsullar və vərdişlər üçün ödəmə üsulunu dəyişən əsas oyunçular haqqında danışıb.

PayPal

693979ec74f2f7941f036e109b15cb1e85455960

PayPal ödəniş sistemi bazarda 1998-ci ildə Confinity start-up  tərəfindən başladılan bir pul köçürmə xidməti olaraq ortaya çıxıb. Onun təsisçiləri: Max Levchinini, Peter Tillini, Luke Noseki və Ken Howeryni – hələ də «PayPal mafiyası» kimi adlandırılırlar.

PayPalın yaradılma tarixi Ukrayna kökləri ilə American bir proqramçı Levçinlə başladı, İllinoys Universitetində təhsil alarkən, üç start-up buraxıb və hətta birini – NetMeridianı – Microsoft şirkətinə buraxılmadan qısa bir müddət əvvəl (10000 dollar simvolik məbləğdə olsa) satıb. Bir dəfə Levchin Stanfordda Amerikalı iş adamı və xeyriyyəçi Peter Tielin bir mühazirəsinə qatılıb. Tədbirdən sonra Tillə yaxınlaşıb, fikirlərini danışıb və onlar artıq Confinity-ni bir yerde etmək qararı  alıblar. 2000-ci ildə  X.com(Confinity rəqibi;hər ikisi elektron poçt vasitəsilə fərdi pul köçürmələri ilə məşğul olurdular) adlı şəxsi şirkəti olan İlon Maskın  təşəbbüsü ilə, iki start-upın birləşməsi baş verdi. Beləliklə PayPal Inc. şirkəti yarandı.

PayPal, rahat bir qeydiyyat prosesi sayəsində: yalnız e-poçtu təsdiqləyərək və bank kartının nömrəsini göstərərək – pul köçürmənin məşhur bir üsuluna çevrildi. Qeydiyyata ehtiyacı olan istifadəçilər üçün iki faktorlu identifikasiya təmin edilmişdir ki, bu da çətin  əməliyyatların sayını əhəmiyyətli dərəcədə azaltdı. Alıcılar üçün risklərin azaldılması kartlar məlumatlarının biznes ilə bölüşdürülməməsi ı idi.

PayPal-in sadəliyi öz merchant account-unu  («ticarət hesabı») yarada bilməyən və kredit kartları ilə ödənişləri qəbul etmək üçün kifayyət qədər dövrüyyəsi olmayan eBay-ın satıcılarını cəlb etdi. 2000-ci ilin yaz-yay ayları müddətində  PayPal  5 milyon yeni müştəri topladı.

2002-ci ilin fevral ayında PayPal ictimai bir şirkət halına gəldi –həmin vaxt 6,8 milyard dollarlıq 124 milyon əməliyyat dövriyyəsi  olan xidmətdə artıq 12,2 milyon personal və sistemdə 3,2 milyon biznes hesabı var idi. NASDAQ-da PayPal-ın səhmlərinin dəyəri yarım il ərzində 55% artı.

b2e60bc4b9246873cc7aac863c4539f0d3571233

 

Şirkət sürətlə inkişaf etməyə və bütün diqətləri cəlb etməyə davam edirdi və 2002-ci ilin iyulunda eBay PayPal-ı 1,5 milyard dollara satın aldı(bənzər xidmət Billpoint-in işə salınması uğursuz nəticələndikdən sonra). Bu müqavilədən sonra PayPal eBay-ın müştəriləri üçün aparıcı pul köçürmə xidmətində öz liderliyini möhkəmləndirdi. 2003-cü ildə şirkət eBay xaricində bir auditoriyaya yönəlmiş  Merchant Services-i işə saldı,iki ildən sonra isə-tez qeydiyyata alınma və sifarişin ödənilməsi variantını daxil edən Payments Pro və PayPal hesabı olmadan müştərilərdən ödənişləri qəbul etməyə icazə verən birbaşa ödənişlər üçün API-ni işə saldı.

 

Braintree

8416759b75bee93aba26803e52fa77b2b5b3ef5e

2007-ci ildə Apple ilk iPhone’u buraxdı və ödəniş bazarı daxil olmaqla, bir müddətdə bir neçə bazara dəyişiklər gətirdi. Yalnız bir il, mobil telefon satışlarının 11% -i smartfon idi və 2011-ci ilədək onların payı 40% -ə çatdı. Təəccüblü deyil ki, insanlar doğru məhsulları tapmaq və satın almaq üçün smartfonlardan aktiv istifadə etməyə başladılar və bunun üçün«mobil ticarət» kimi tanınan  m-commerce-dən istifadə etmə qararı aldılar. 2011-ci ildə mobil ticarət həcmi illik 10 milyard dollar təşkil edirdi (e-commerce-nin ümumi bazarının 7% -i).

Əvvəllər, smartfon istifadəçiləri  onlayn mağazalara  standart veb brauzerlər vasitələri ilə daxil olurdular.Tez bir zamanda bu yanaşmanın işə yaramadığı aydın oldu- kompüter ekranlarında nəzərdə tutulan saytlar smartfon ekranlarına uyğun olmadı (mobil alışların az hissəsi yalnız bu hipotezi təsdiqləyirdi).Bu zaman şirkətlər mobil proqramlarını inkişaf etdirməyə başladılar.Bu proqramlara ödənişli xitmətləri birləşdirmək lazım idi və bu məsələ kiçik şirkətlər üçün çox mürəkkəb (və bahalı) idi.Qərar özünü çox gözlətmədi-2007-ci ildə bazarda Braintree meydana gəldi.2eab0073e3b16df5b01c766b82af1f096d3c00a4

Braintree, kredit və debet kartı məlumatlarını saxlamağa, ödənişlərə icazə verməyə və ödənişi ticarətçinin ticarət hesabı ilə aparmağa icazə verdi. Braintree sayəsində müştərilər digər səhifəyə keçmədən sifarişləri üçün qeydiyyatdan keçməyə və ödəniş etməyə şərait yarandı. Visa’dan  olan Authorize.net fərqli olaraq Braintree bir neçə şifrə sətiri ilə asan inteqrasiya üçün bir API təqdim etdi. Xitmətin üstünlükləri bununla bitmirdi-Braintree-daha öncə  offline (məsələn, taksi ödəməsi) həyata keçirilmiş əməliyyatları rəqəmləşdirmək imkan yaradılıb. Braintree sayəsində Uber və Airbnb kimi xidmətlərlər işə salındı.

Mobil poqramlar vasitəsilə edilən ödənişlərdən əldə edilən gəlirlər 2011-ci ildə 712 milyon dollar təşkil edirdi.Ancaq  bazar  əsl artım dövrüyəsinin 2011-ci ilə  37 milyard dollar olmasını gözləyirdi. PayPal belə bir fürsətdən keçə bilməzdi-2013-cü ildə mobil ödəniş seqmentində təsirini genişləndirmək üçün Braintree-i 800 milyon dollara satın aldı.Həmin vaxtlar Braintree-nin dövrüyyəsi artıq 12 milyard dollara çatmışdı.

Square

cf4fac9f277dce25f5a2d393cdb34f693cc45d3d

Ödəmə inqilabı yalnız online ödənişlərə deyil, həm də köhnəlmiş kassa aparatlarının olduğu offline satış yerlərinə də təsir etdi. 2009-cu ildə Square şirkəti yarandı. Onun yaradıcısı, Jack Dorsey, artıq Twitter’ın qurucusu olaraq tanınırdı.

Square-yə qədər sahibkarlar, ödəmə sistemlərinin istifadəsi üçün komissiyalar və bank kartlarının istifadəsi üçün aylıq ödənişlər təklif edən müstəqil təşkilatlarla əməkdaşlıq etməli olurdular. Bununla yanaşı, dükan sahibləri hər əməliyyatdan komissiya haqqı ödəyirdilər: minimum 1,79%, bəzi hallarda isə 4% -ə qədər. Komissiya haqqı hər ayın sonunda satıcının hesabından çıxarılırdı. Belə bir sistem pul axınının effektiv hesablanmasına imkan vermirdi.Hər halda bu səbəbdən amerikanın ildə 100 min dollar gəlirli 30 milyon kiçik bizneslərin cəmi 6 milyonu kart qəbul edirdi.

Square,smartfonun audiojakına yerləşdirilən və bank kartının maqnit lentindən məlumatları xüsusi bir ərizə ilə oxunan səs siqnalına  köçürən, xüsusi praqram sayılan kiçik bir cihazı bazara buraxdı . İstifadəçi ödəməni həyata keçirmək üçün əməliyyatı təsdiqləməsi kifayyət idi. Çek avtomatik olaraq alıcının müəyyən nömrə / poçt ünvanına göndərilib və bir qayda olaraq bir neçə dəqiqə ərzində müştəriyə çatdırılırdı.fe48927a36c48a2644df78689872447066378f11

Square məlumatın təhlükəsizliyini də təmin etdi: bank kartı məlumatları şifrələnmişdi və birbaşa emitentlərə göndərilmişdi. Square həmdə satıcılara müntəzəm müştərilərini  nəzərdə saxlıyırdı və onlara endirimlər,bonuslar verməyə icazə verirdi.Proqram hər bir onuncu alışı qeyd edib və məlumatı smartfonun ekranında göstərə bilirdi.Square-nin üstünlüklərindən biri də onda idi ki,şirkət,ayın sonunu gözləmədən,gündəlik olaraq pul axınının hesablanmasına şərait yaradırdı.

2012-ci ildə PayPal öz mobil terminalı PayPal Here-i işə saldığı vaxt, Square artıq 4 milyard dollarlıq əməliyyatlar üzərində çalışırdı. 2015-ci ildə Square 243 milyon dollar artıraraq birjaya daxil oldu. Şirkətin kapitallaşdırılması 2,9 milyard dollara bərabər idi-yaxşı nəticə deyil, yerləşdirməzdən əvvəl təxminən 5 milyard dollar qiymətləndirilirdi. Buna baxmayaraq, Square sayəsində mobil ödəniş terminalları öz yerlərini tapdılar və bir daha ödəniş bazarını dəyişməyi bacardılar.

Stripef7a0155733b15faf9d40aa3bcd95d73d34bce988

Online ticarət inkişaf etməyə davam edirdi. Bir nöqtədə dövriyyəsi, prosesi təmin edən texnologiyanın imkanlarına görə artdı. Hətta məhsulları evdən sifariş verilə biləcək bir dünyada, alıcıya tez sifariş vermək və biznes üçün ödəniş almaq prioritet hala gəlib. Bununla belə, 2010-cu ilin əvvəlində onlayn ödəniş bağlantısı hələ də olduqca mürəkkəb bir proses idi ki, bu da bankla, emal edən şirkətlə və onların arasında əlaqə quran ödəmə sistemləri ilə müqavilələr bağlanılmağa və bütün bu vasitəçilər üçün ödəniş edilməyə ehtiyyac duyulurdu. Texnoloji həllərin (PayPal da daxil olmaqla) bir çoxu on il əvvəl yaradılıb və daha çox müasir məhsullar banklar tərəfindən buraxılırdı və şifrələrin yazılışı incəlik ilə seçilmirdi.

2010-cu ildə bazarda lider mövqeyi tutmağı planlaşdıran başqa bir şirkət meydana gəldi-Stripe. Şirkətin yaradıcıları, Patrick və Con Collison qardaşları,şirkət yaradılan zaman yaşları 20-dən biraz çox idi,əslən İrlandiyalı idilər. Patrick,13 yaşında SAT imtahanının nəticəsi ilə  2006-cı ildə Massachusetts Texnologiya İnstitutuna daxil olub. Bir müddət sonra,kişik qardaşı John, Harvard’a daxil olub.

2008-ci ildə Collinsonslar  5 milyona eBay-da hərracların idarə edilməsinə icazə verən  öz şəxsi Automatic şirkətini satdılar. Bundan sonra onlar tezliklə Stripe kimi tanınan yeni bir fikir üzərində işləməyə başladılar. Qardaşlar bir düyməyə toxunaraq onlayn ödəniş etmək üçün yeni, daha sadə və rahat bir yol yaratmaq istəyirdilər. Y Combinator-dan edilən investisiyalar sayəsində fikir bir reallıq halına gəldi. Stripe-in digər erkən investorları Peter Til və İlon Mask idi. PayPal artıq öz əhəmiyyətini itirdiyinə görə.onlar, online ödənişlərin yeni yollarını axtarmaq lazım olduğunu hamidan yaxşı başa düşürdülər.9a57b2f81792584b0855881e3699e2e597c6fccf

Stripe 2011-ci ildə çıxdı. Qardaşlar iki il ərzində xidmətlərini sınaqdan keçirərək banklar, kredit kartı emitentləri və tənzimləyicilərlə əlaqələr qurdular. Stripe və API sayəsində biznesin inteqrasiyası üçün saytın koduna və ya tətbiqin koduna ödənişləri qəbul etməyə başlamaq üçün yalnız yeddi sətir daxil edilməli idi. Əvvəl həftələr ərzində başa gələn şeyi indi bir neçə dəqiqə ərzində edilə bilər. Stripe köməyi ilə, müştərilər, bir səhifəni tərk etmədən əməliyyatı tamamlaya bilər və bu, PayPal-dan fərqləndirən bir xususiyyət oldu.

Sistem olduqca sadə işləyirdi: Stripe Checkout vasitəsilə ilk satın alma zamanı müştərinin əməliyyatın təsdiqlənməsi üçün yalnız kart nömrəsini və telefon nömrəsini daxil etməsi kifayyət idi . İkinci alışdan başlayaraq, alıcının mobil telefondan, kompüter və ya hər hansı digər cihazdan sayta daxil olub-olmamasından asılı olmayaraq, nömrəsi artıq tələb edilmirdi. Hər dəfə rekvizit məlumatların daxil edilməməsi böyük bir üstünlük idi, lakin Stripe istifadə edən hər bir fərqli saytda  rekvizitləri yenidən daxil etmədən sifarişlər etmək daha rahat idi. Stripe bütün məlumatları serverlərinə çatdıraraq ,PCI (Payment Card Industry ,Data Security Standard) ilə uyğunluğunu təmin edərək təhlükəsizliklə bağlı məsələləri həll edir.

Stripe-nin müştəriləri Facebook, Lyft və Doordash kimi nəhənglərdir. Şirkətin əlindən hər il milyardlarla dollar  keçir, amerikalıların yarısı internetdən bir şey satın alır və ehtimal ki, bunu Stripe vasitəsilə həyata keçirirdiklərinin fərqində belə deyillər. Stripe 2016-cı ildə son turda 9,2 milyard dollar dəyərində qiymətləndirilirdi və Collison qardaşları isə  dünyanın ən gənc milyarderlərindən birini oldular.

Adyenb702dfd4c01b77b0ec23d2e6783c58ad3ed53e24

2018-ci ildə Adyen müntəzəm olaraq xəbərlərdə işıqlanırdı: ilk olaraq eBay-in qərarı ilə PayPal ilə əlaqələrin uzun tarixini pozduğu üçün, sonra  isə IPO-dan sonra Adyenin kapitalizasiyası 8 milyard dolları keçdiyinə görə. Hollandiya xidməti 2006-cı ildə bazarda ortaya çıxdı. Onun təsisçiləri Peter van der Daz və Arnut Shuyff,  BitBit ödəmə şirkətini yaratdılar və Royal Bank of Scotland-a satdılar. Adyen onların ikinci və daha uğurlu uşağı oldu.

Adyen, bir platformadan istifadə edərək online və satış nöqtələrində ödənişləri qəbul etməyə imkan verir. Xidmətin vəzifələrindən biri onun mövcud olduğu zolaqlarda tamaşaçıları cəlb etmək nəticəsində rəqiblər arasında fərqlənməyə başlamaqdır. Bunu etmək üçün şirkət analitikaya  diqqət yetirərək, satıcılara potensial fırıldaqçıları müəyyən etməyə və eyni zamanda başqa bir platformada kartı istifadə edərkən əməliyyatın təsdiqini ala bilməyən müştəriləri ayırmağa imkan verir . Bu mexanizm sayəsində,həmdə  alıcıların təhlili və onların davranış nümunələri sayəsində Adyen təsdiqlənmiş əməliyyatların payını artırıb və zəncirin bütün üzvlərinin bankla xoşagəlməz münasibətlərin aydınlaşdırma prosesindən xilas edə bildi.

Adyenin infrastrukturu bir çox müxtəlif növ ödəniş üsüllarından istifadə etməyə imkan  yaradır, standart Visa, MasterCard və  Amex kimi kartlara  əlavə olaraq, Apple, Google və PayPal kimi həlləri, o cümlədən müxtəlif ölkələrin yerli üsullarını daxil edir, məsələn  Belçikanın Bancontactı, Fransanın Cartes Bancairesi və ya Çinin Alipay kimi xidmətləri . Adyen artıq yüzlərlə ödəniş üsüllarını  inteqrasiya  edib və əlavə variantları əlavə etmək üçün qərar qəbul edərkən daim dünya bazarlarında tendensiyalara  nəzarət edir. Nəhayət,Adyen ən çox «arxa planda» işləyir-servis-xidmətlərin istifadəçiləri şirkətin Adyen xidmətindən istifadə etdiyi barəsində məlumatsızdırlar.

Nəyə görə  eBay  zamanla sınanmış PayPal-dan imtina etdi və Adyenə keçdi? Birinci səbəb – qiymət: eBay Adyenin satıcılar üçün xərcləri azaltmasına kömək edəcəyini düşünür. İkinci səbəb- verilən məlumatlarla işləmək rahatlığıdır: Adyen sayəsində, satıcılar PayPal interfeysi vasitəsilə əməliyyatları idarə etmək əvəzinə sifarişləri izləyə biləcək və birbaşa eBay vasitəsilə istifadəçilərlə ünsiyyət qura biləcəklər. Şirkətin ən böyük müştərisi- eBay deyil: Adyen imkanları Facebook, Airbnb, Spotify, Uber və Netflix də cəlb edib.

iZettle4c568dea7174c6ce12628b22f2430f104d856481

2018-ci ildə ödəniş bazarını yalnız Adyen sarsıtmadı. İyun ayında PayPal İsveçrənin iZettle şirkətini 2,2 milyard dollara  satın aldı, bu məbləğ birləşmədən bir ay əvvəl fond birjasına daxil olan şirkətin gözlənilən dəyərindən iki dəfə artıq idi.

İzettle tez-tez Avropanın Square-sı  adlanırılır, çünki şirkətlər eyni problemi eyni şəkildə həll edirlər. iZettle Reader ödənişləri asanlıqla və tez qəbul etməyə imkan verən kiçik bir cihazdır: Visa, MasterCard, Apple Pay, Samsung Pay və Android Pay. iZettle, həmçinin satıcıları softla,hesabları  göndərmə həlləri ilə və e-commerce üçün alətlərlə təmin edir. iZettle-nin son  məhsulu- e-commerce -sosial şəbəkələr, bloglar və əvvəllər yaradılmış saytlar da daxil olmaqla, müxtəlif onlayn kanallar vasitəsilə sahibkarların öz özəlləşdirilmiş online mağaza vasitəsi ilə, məhsul və xidmətlərin satışına imkan verən bir platformdur.

$ 2.2 milyard – niyə belə bahalı? Hər şey çox sadədir. iZettle uğurla İsveçdə, Braziliyada və Birləşmiş Krallıqda (şirkətin ən böyük bazarları), o cümlədən Avropa və Latın Amerikada daxil olmaqla 12 ölkədə fəaliyyət göstərir və onun platforması hər gün ətrafına 1000 kiçik biznes çəkir – bu PayPala  Square ilə yarışmaq imkanı verir. Square stabil mikrobiznes  bazarında 20% paya malikdir və xüsusilə Böyük Britaniyada fəal şəkildə genişlənməyi planlaşdırır. PayPal-ın əvvəlki uğurlu satınını nəzərə alaraq (Braintree və Xoom, pul köçürmələri şirkəti) məhsuldar əməkdaşlıq gözləmək olar – PayPal fəal olaraq proseslərə müdaxiləyə çox meylli deyil, lakin bununla yanaşı o,münasibətləri və inkişafın sürətləndirməsini təmin edir.9c2493907c5e713915db2dd84f92b79520e274c4

2018-ci il ödəmə həlləri bazarında satınalmalar ili oldu. Beynəlxalq ödəniş xidməti PayU, biznes sahiblərinə əsas ödəniş təminatçılarına, ödəniş metodlarına və analitik alətlərə daxil olmasına imkan verən  Zooz-u əldə etmişdir. Stripe satış nöqtələrində ödənişlərin alınması üçün bir proqram hazırlayan  İndek start-upı  satın aldı. Bu proqram – müştərinin çip kartını yalnız bir saniyədə oxumağa imkan verir. Bir neçə müqavilələrdə var, il isə hələ yekunlaşmayıb. Böyük oyunçular güclərini ölçür və liderliyi ələ keçirmək üçün yeni həllər axtarırlar.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər