7 C
Baku
Thursday, December 12, 2024

“OPEC” bu il üçün neftə olan tələbatla bağlı proqnozunu artırıb

2020-ci ildə neftə olan qlobal tələbatın artımı gündəlik 1,22 milyon barel təşkil edəcək.

Bu rəqəm əvvəlki proqnoza nisbətən 140 min barel artırılıb.

Proqnozun dəyişikliyinin, əsasən, cari ildə bütövlükdə dünya iqtisadiyyatına dair proqnozun yaxşılaşması ilə bağlı olduğu bildirilir. Hərçənd 2019-cu ildə tələbatın artımına dair proqnoz əvvəlki hesabata nisbətən gündəlik 50 min barel azaldılmaqla 0,93 milyon barel səviyyəsində göstərilmişdi.

Beləliklə, OPEC-in proqnozuna əsasən, 2019-cu ildə 99,77 milyon barel təşkil edən dünya neft tələbatının artımı 2020-ci ildə 100,98 milyon barelədək artıb.

Həmçinin qeyri-OPEC ölkələrindən neft ixracatının artımına dair proqnoz da gündəlik 180 min barel artırılaraq 2,35 milyon barelə çatdırılıb.

Report

Son xəbərlər
Digər xəbərlər