10 C
Baku
Wednesday, December 11, 2024

OPEC-in neft ixracından gəlirləri kəskin düşüb

2020-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft və neft məhsullarının satışından əldə etdiyi gəlirlər 43% azalıb. 2019-cu ilin göstəriciləri ilə müqayisədə dünyada neft hasilatının həcmi gündə 6.15 milyon barel və ya 8.2% azalıb.

Banker.az xəbər verir ki, təşkilatın verdiyi məlumata görə, bu eniş ardıcıl dörd ildir davam edir. Çöküşə baxmayaraq, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı istehsal həcminə görə ilk üçlükdədir.

OPEC-in hesabatına əsasən, neft ehtiyatına lider ölkə Venesueladır – 303.6 milyard barel (-0.1%). İkinci yeri Səudiyyə Ərəbistanı – 261.6 milyard barel (+1.2%), üçüncü yeri isə İran – 208.6 milyard barel tutur. Liderlərdən sonra İraq, BƏƏ və Küveyt gəlir. Rusiya 80 milyard barel neft ehtiyatları ilə yeddinci sırada dayanır. İlk onluğu Liviya, ABŞ və Nigeriya tamamlayır.

2020-ci ildə dünya neft hasilatının həcmi 75.15 milyon bareldən 69 milyon barelə düşüb. Təkcə OPEC ölkələri hasilatı 3.72 milyon barel azaldıb. Dünyanın ən böyük neft istehsalçıları olaraq yenə ABŞ (11.28 milyon barel, -8.2%), Rusiya (9.46 milyon barel, -9.7%) və Səudiyyə Ərəbistanı (9.21 milyon barel, -6.1%) qalıb.

İl ərzində OPEC ölkələri hasilat həcmlərini azaltmaqla yanaşı, həm də neft və neft məhsullarının ixracını azaldıblar. Eyni zamanda təşkilatın gəlirləri də demək olar iki qat azalıb. Nəticədə, OPEC-in “neft səbəti”nin il ərzində dəyəri üçdə bir azalaraq 64.04 dollara qarşı 41.47 dollar olub.

Xatırladaq ki, daha əvvəl OPEC neftin ən az 2045-ci ilə qədər ən çox tələb olunan yanacaq növü olaraq qalacağını bildirmişdi. Bərpa olunan enerji mənbələrinin inkişafı ilə onun payı azalacaq, bu tendensiya inkişaf etmiş ölkələr hesabına 2026-cı ildən sonra güclənməyə başlayacaq.

Sentyabrın 2-si OPEC+ müqaviləsinin iştirakçıları neft hasilatının artırılması və bəzi ölkələrin kompensasiya mexanizminin ilin sonuna qədər uz

Son xəbərlər
Digər xəbərlər