6 C
Baku
Sunday, December 15, 2024

OPEC: İnkişaf etmiş ölkələr üçün neft dövrü başa çatıb

Нaxın və orta perspektivdə dünyada neftə tələbat inkişaf etməkdə olan ölkələrin hesabına artacaq. Neft dövrünün artıq başa çatdığı inkişaf etmiş ölkələrdə isə qarşıdakı 5 il ərzində gündəlik neft istehlakı 1,1 milyon barel azalacaq.

Bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün açıqladığı “World Oil Outlook” (WOO – Dünya neft icmalı) adlı illik məruzədə bildirilir.

Sənədə əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə neftə tələbata dair mülahizələr inkişaf etməkdə olan ölkələr barədə proqnozlara ziddir: “OECD üzrə neftə tələbat çox güman ki, 2019-cu il səviyyəsinə çatmayacaq və 2020-2021-ci illər ərzində kiçik tərəddüdlərdən sonra bir qədər artdıqdan sonra orta perspektivin sonuna yaxın azalmağa başlayacaq”.

Məruzədə OECD ölkələrində 2025-ci ilədək 1,1 milyon barel azalacaq gündəlik tələbatın 2045-ci ilədək 13 milyon barelə çatacağı və 34,8 milyon barel səviyyəsinə düşə biləcəyi qeyd olunur.

İnkişaf etmiş ölkələrdə neftə tələbatın azalmasını şərtləndirən amilləri sadalayan sənəd müəlliflərinin fikrincə, həmin ölkələrdə nəqliyyat sektorunun daha da inkişafı üçün imkanlar məhduddur, əhali artımı da azdır, iqtisadi artım 2% həddini aşmayacaq, hazırkı texnologiyaların inkişafı isə neft və kömürün yanacaq olaraq daha qabaqcıl və ekoloji təmiz mənbələrlə əvəzlənməsinə yönəlib. Belə ki, avtomobil satışları ötən ilə nisbətən Avropada 40%, ABŞ-da 32%, Yaponiyada 20% azaldığı halda elektrik avtomobillərinin satışlardakı payı tədricən artır.

İnkişaf edən ölkələrdə isə neftin istehlakı 2025-ci ilədək 5 milyon barel artaraq 56,9 milyon barel (böhrandan əvvəl 51,8 milyon barel olub) səviyyəsinə, 2045-ci ilə qədər isə 74,3 milyon barel səviyyəsinə çatacaq.

Son xəbərlər
Digər xəbərlər