20 C
Baku
Thursday, May 2, 2024

OPEC neftə tələbat artımı ilə bağlı proqnozunu saxlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illərdə neftə tələbat artımı proqnozunu saxlayıb.

Bu barədə kartelin aprel hesabatında məlumat verilib.

2024-cü ildə gündəlik tələbat 2,25 milyon barel artaraq 104,46 milyon barelə, 2025-ci ildə isə daha 1,85 milyon barel artaraq 106,31 milyon barelə çatacaq.

OPEC-ə daxil olmayan ölkələrdən neft tədarükü ilə bağlı proqnoza cüzi düzəliş edilib: 2024-cü ildə göstərici sutkada 1,07 milyon barel artaraq 70,44 milyon barelə çatacaq.

2025-ci il üçün artım proqnozu sutkada 1,3 milyon bareldən 1,4 milyon barelə yüksəlib və hazırda 71,75 milyon barel təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər