27 C
Baku
Wednesday, April 24, 2024

“OPEC+ neft hasilatının artımına fasilə verəcək” xəbəri nefti bahalaşdırdı

OPEC+ alyansının yanvarda neftin hasilatının günlük plan üzrə artımına “pauza” verəcəyi xəbərlərinin dolaşması həftənin çərşənbə axşamına neftin qiymətlərinini artırmağa səbəb olub.

Bakı vaxtı ilə 08:50 radələrinə Brent markalı xam neftin barreli 43 sent, yaxud 0.6% artımla $73.91-ə yüksəlib. WTI nefti isə 73 sent, və ya  1% artımla $70.68-ə çatıb.

Brent və WTI ötən həftə sonuna yaşadığı “sarsıntı”dan sonra bazar ertəsinə müvafiq olaraq 1% və 2.6% artım etmişdilər. Bildirək ki, xam neft qiyməti “omicron” virusu və strateji neft ehtiyatlarını bazara çıxarması xəbəri ilə 12% qiymət itkisi ilə üzləşmişdi.

Hazırda qlobal miqyasda yayılmış koronavirusun ştammı “omicron” artıq qeyri-müəyyənlik drayverinə çevrilib. Bu səbəbdən də OPEC+ artıq neftin növbəti aylarda qiymətlərini qorumaq yönündə hasilatın artımını riskli sayır.

OPEC+ alyansı gələn ilin yayına qədər hər ay üzrə 400 000 barrel günlük neft hasilatını artırmağı planlamışdı. Digər tərəfdən alyans anlayır ki, hazırda “omicron” kimi ştammın bazara verdiyi qeyri-müəyyənlik, ABŞ-ın koordinasiya etdiyi əsas neft istehlakçılarının strateji neft ehtiyatlarından bazara çıxarması – bütün bunlar neft bazarı üçün yüksək riskdir. Alyansın növbəti addımları neftin qiymətinin qorunması üçün atıla bilər.

“Citi” analtiklərinin hesablamasına görə, OPEC+ faktiki aylıq əlavələri gündə 400 000 yox, orta hesabla 262 000 barel artıra bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər