26 C
Baku
Tuesday, April 30, 2024

OPEC+ neft hasilatının azaldılmasını nəzərdən keçirir

OPEC+ ölkələri iyunun 4-də keçiriləcək iclasda neft hasilatının parametrləri üzrə müxtəlif fəaliyyət variantlarını, o cümlədən hasilatın azaldılmasını nəzərdən keçirir.

Bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.

“Müxtəlif variantlar müzakirə olunur”, – mənbə bildirib.

“Seçimlər arasında hasilatın azaldılması da nəzərdə tutulubmu” sualına agentliyin həmsöhbəti qeyd edib ki, məsələ hələ də müzakirə olunur.

Eyni zamanda, “Reuters” nümayəndə heyətindəki mənbələrə istinadən iddia edir ki, OPEC+ digər variantlarla yanaşı, hasilatın sutkada 1 milyon barel əlavə azaldılmasını müzakirə edir

Son xəbərlər
 ⁠
Digər xəbərlər