10 C
Baku
Friday, December 13, 2024

OPEC neftlə bağlı yeni proqnoz verdi

Banker.az OPEC təşkilatının aylıq hesabatına istinadən xəbər verir ki, təşkilat 2018-ci ildə dünya üzrə neft tələbatının sutkalıq 97,6 milyon barrelə qədər aratacağını proqnozlaşdırır.

Hesabatda deyilir ki, gözləntilərə əsasən, 2018-ci ildə dünya üzrə neft tələbatı sutkalıq 1,26 milyon barrel artacaq ki, bu cari ilin artım göstəricisindən cüzi azdır.

İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri tələbatın sutkalıq 200 min barrel, İƏİT təşkilatına üzv olmayan ölkələr isə sutkalıq 1,07 milyon barrel artacağını proqnozlaşdırır.

Bununla belə, 2017-ci il üzrə dünya neft tələbatının sutkalıq 96,4 milyon barrel olması ilə bağlı proqnoz qüvvədə qalır.

Son xəbərlər
Digər xəbərlər