22 C
Baku
Thursday, April 25, 2024

OPEC ölkələri avqustda”OPEC+” öhdəliklərini 121% yerinə yetirib

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin avqust ayında gündəlik neft istehsalını 0,15 barel artıraraq (iyul ayı ilə müqayisədə) 26,76 mln. barelə çatdırıb.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verilir.

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 121% (iyulda 115%) yerinə yetirib.

Hesabata qeyd edilir ki, “OPEC+” razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, avqust ayında razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 22,59 mln. barel təşkil edib (plan göstərici isə 23,286 mln. barel təşkil edir). OPEC “onluğu” avqustda bazardan gündəlik 3,397 mln. barel əvəzinə 4,1 mln. barel neft çıxara bilib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər