OPEC+ ölkələrinin nazirləri koronovirusla bağlı sağlamlıq risklərinə baxmayaraq 4-6 mart tarixlərində Vyanada toplanacaqlar.
“TASS”ın verdiyi xəbərə görə, iclas çərçivəsində qlobal neft bazarlarında vəziyyət müzakirə olunacaq.
Neft ixracatçıları üç gün ərzində “qara qızıl”ın bir barelinin qiymətinin 60 dollara qaytarılması üçün hasilatı nə qədər azaltmaq lazım olduğunu həll edəcəklər.
Nazirlər, Vyanada ciddi şəkildə təhlükəsizlik tədbirləri fonunda danışıqlar aparacaqlar.
Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib.
Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
©Report